Səkkizinci nəsil Chevrolet Corvette superkarının hibrid versiyasına rus mənşəli məşhur mühəndis Zaxariya Arkus-Dantovanın şərəfinə Zora adlandırla bilər.
Rus mənşəli amerikalı mühəndisi Zaxariya Arkus-Dantov haqlı olaraq Chevrolet Corvette modelinin atası hesab olunur: Arkus-Dantov mühəndis köməkçisindən modelin layihə menecerinə qədər yol keçib. Mühəndis, superkarın ilk nəslinin yaradılmasında iştirak etməsə də, ortamühərrikli quruluşun tərəfdarı olub və V8 mühərrikindən istifadə edilməsində israrlı olub.
Lakin, bildiyiniz kimi, onun təklifi yalnız modelin cari nəslində həyata keçirilib. Chevrolet şirkəti Arkus-Dantovun Corvette modelin tarixinə verdiyi töhfəni o dərəcədə əhəmiyyətli hesab edir ki, 1996-cı ildə vəfat etmiş mühəndisin külünü Kentukki ştatının Boulinq-Qrin şəhərindəki Corvette Milli Muzeyində dəfn edib.
Bununla birlikdə, GM Authority nəşrinə görə, General Motors mühəndisin xatirəsini əbədiləşdirmək üçün başqa bir yol da tapıb: ən güclü Chevrolet Corvette superkarını Zora adlandıracaqlar - amerikalılar Zaxariyanı məhz belə adla çağırırdılar.
Konsern Zora əmtəə nişanını dünyanın 31 patent idarəsində qeydiyyata alıb, Chevrolet Corvette Zora hibrid superkarı bu model xəttinin flaqmanına çevriləcəkdir. Zora modeli Z06 və ZR1 versiyalarından bir pillə yuxarıda qərarlaşacaqdır. Corvette Zora güc qurğusunun ümumi hasilatı 1000 at qüvvəsinin üzərində olmalıdır. Hibrid superkar 2023-cü ildə satışa çıxarılacaqdır.