Cosworth firması 250 at qüvvəsi hasil edən atmosfer tipli üç silindrli mühərriki inşa etməyə müvəffəq olub. Bu mühərrik qüvvədə olan zərərli tullantılar üzrə normalara tam cavab verir. Güc aqreqatı Aston Martin Valkyrie superhibridi üçün yaradılan 6,5-litrlik V12 mühərriki layihəsinin bir hissəsi olub.
Cosworth firmasının icraçı direktoru Bryus Vudun sözlərinə görə, ilkin olaraq, baza konstruksiyasını sınaqdan çıxarmaq üçün mühəndislər Valkyrie modelinin orijinal mühərrikinin dörddə birini yığmaq qərarına gəliblər. Əsas olaraq dörd silindrli mühərrik götürülüb və onun üçün yeni silindr başlığıa hazırlanıb. Bu orijinal V12 mühərrikinin dəqiq surəti olub. Mühərrikin ilk buraxılışını həyata keçirmək üçün gərək olan hazırlıq işləri beş ay çəkib.
Üç silindrli mühərrikin sınanması qərarı vaxt məhdudiyyəti səbəbindən qəbul edilib. V12 mühərrikini sıfırdan yaratmaq üçün 12-13 ay gərəkdir. Yalnız bundan sonra mühəndislərin Aston Martin tərəfindən qoyulmuş tələblərə cavab tapdığını bilmək olardı. Üç silindrə keçid Cosworth mühəndislərinə orijinal aqreqatının dörddə birinin hər bir elementini yaratmaq, həmçinin öncədən mühərrikin iş qabiliyyətindən və güc xarakteristikalarındam əmin olmaq imkanı verib.
Mənbə: Jalopnik