Toyota Crown modelinin yeni erası keçən yay dörd avtomobildən ibarət olan ailənin anonsu ilə başlamışdı. Burada ən vacib məsələ terminologiyanı səhv salmamaqdır. Crown ailsəinin ilki Crossover indeksini daşıyan model olub. Əslində bu model heç də krossover deyil, janrların kəsişməsində olan avtomobildir - Crown Crossover qara plastikdən kuzovun müdafiə qurşağı olan klirensi artırılmış sedandır. Belə Crown sedanları artıq Yaponiyada, Amerikada, Çində və dünyanın digər bölgələrində satılır. Bu gün isə, yaponlar Crown ailəsinin ikinci üzvünü nümayiş etdiriblər.
Toyota Crown Sport modeli də janrların kəsişməsində yerləşir: o, hündürləşdirilmiş beşqapılı hetçbekdir, baxmayaraq ki, tərtibatçılar onu sadəcə olaraq SUV (Sport Utility Vehicle) adlandırırlar. Hər iki yeni Crown modeli köndələn yerləşən mühərriki və əsas ön ötürməsi olan GA-K modul platformasında inşa edilib, lakin kross-hetçbekin təkər bazası kross-sedandan 80 millimetr (2770 millimetr) daha qısadır. Bununla belə, onun təkər izi sedandakı ilə müqayisədə 20 millimetr daha genişdir.
Toyota Crown Sport ölçü baxımından Genesis GV70 və ya Infiniti QX55 modellərinə yaxındır: onun uzunluğu 4710 millimetr, eni – 1880 millimetr, hündürlüyü isə, bu sinif üçün təvazökar olan 1560 millimetrdir. Məsələn, Genesis krossoverində bu göstərici - 1630 millimetr, Infiniti modelində isə 1622 millimetr təşkil edir. Crown Sport 21 düymə qədər diaqonalı olan təkər diskləri ilə təchiz edilə bilər. Yeri gəlmişkən, Crown Sport və Crown Crossover eyni dizayn üslubunda hazırlansa da, onların ön optikası fərqlidir: beşqapılıda əsas fənər blokları bamperdə yerləşir.
Ancaq hər iki Crown modelinin interyeri demək olar ki, eynidir - ön paneldə iki ekran, iri mərkəzi tunel və çoxlu analoq düymələri. Sport üçün yalnız daha parlaq tərtibat variantları seçilib, ön oturacaqlar isə inteqrasiya olunmuş baş dayaqlarına malikdirlər. Arxa divanın kürək hissəsi sedandakı 40:20:40 əvəzinə 60:40 nisbətində bölünür.
Tərtibatçılar Crown Sport hetçbekinin Crown Crossover sedanından daha sürücü yönümlü və emosional olacağını bildirirlər. Buna görə də, o, fərqli asqı quruluşuna malikdir (öndə McPherson, arxada - çoxqollu), opsional adaptiv amortizatorlar isə rahatlıqdan daha çox dinamik idarəetməyə sazlanıblar. Üstəlik, tam idarələnən DRS (Dynamic Rear Steering) şassisi yenidən tənizmlənlib: arxa təkərlər sedandakı kimi eyni 4 dərəcə dönürlər, lakin onlar bunu daha sürətli edirlər. Ona görə də iki model arasındakı ifərq daha aydın hiss olunmalıdır.
Crown Crossover sedanı kimi, yeni Toyota Crown Sport hetçbeki də yalnız E-Four tam ötürməsi olan iki hibrid versiyada təklif edilir. Onların baza konfiqurasiyası eynidir: 2,5-litrlik benzin atmosfer mühərriki, elektromexaniki variator, ön oxda yerləşən elektrik mühərriki və arxa oxdakı quraşdırılmış ayrlıca elektrik mühərriki. Kross-hetçbekin xüsusiyyətləri hələlik açıqlanmayıb, lakin Crown Crossover modelində quraşdırılan belə bir sistemin pik hasilatı 239 at qüvvəsidir.
Amma iki “Tacın” ikinci modifikasiyaları fərqlidirlər. Crossover tərkibinə 2,4-litrlik “turbodördlük” və altı pilləli “avtomat” daxil olan 345 at qüvvəli Hybrid Max güc qurğusuna malikdir. Amma nədənsə drayver hetçbeki üçün bu aqreqat əlçatan deyil. Onun əvəzinə Toyota Crown Sport tərkibinə 2,5-litrlik atmosfer mühərriki, daha güclü elektrik mühərrikləri və daha tutumlu dartma batareyası daxil olan plagin (PHEV) güc qurğusu ilə təchiz edilir. Əslində, bu güc qurğusu Toyota RAV4 PHEV modelindən götürülüb və 306 at qüvvəsi hasil edir.
Baza hibridlərinin Yaponiyadakı istehsalına cari ilin payızında başlanmalıdır, plagin hibridləri isə qışda konveyerə çıxmalıdırlar. Kross-hetçbek də dünyanın müxtəlif ölkələrində satılacaqlar. Onun ardınca Toyota Crown ailəsi daha iki model ilə zənginləşməlidir. Bu ilin sonunda arxa ötürməli platformada inşa ediləcək 5030 millimetrlik Crown Sedan modeli peyda olmalıdır. O, hibrid və hidrogen güc qurğuları ilə təchiz ediləcəkdir.2024-cü ildə "köndələn" GA-K platformasına əsaslanan və uzunluğu 4930 millimetr olan tamölçülü Crown Estate universalı debüt etməlidir. Universal da iki hibrid versiyada (adi və təkrar doldurulan) təklif ediləcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.