Seat şirkətinə məxsus olan və “bərkgedən” avtomobillər istehsal edən Cupra subbrendi e-Racer adlı elektrik yarış hetçbekini təqdim edib. Avtomobilin kütləvi təqdimatı bir neçə gündən sonra qapılarını ziyarətçilərin üzünə açacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.
Cupra e-Racer modelinin güc aqreqatı barədə ətraflı məlumat verilməyib. Yeganə məlum olan avtomobilinin güc aqreqatının 408 at qüvvəsi hasil etdiyidir. Qəfil sürətlənməni təmin etmək üçün güc aqreqatının gücünü qısa müddətə 680 at qüvvəsinə artırmaq mümkündür. İspan istehsalçısı avtomobilin statusunu da dəqiqləşdirməyib. Onun konsept və yaxud real yarış avtomobili olduğu məlum deyildir. Qeyd edək ki, Cupra e-Racer üçün ən uyğun gələn WTCC və TCR çempionatlarının birləşməsindən yaranmış WTCR çempionatıdır.
Lakin, çempionatın reqlamentinə görə iştirak edən avtomobillərin gücü 350 at qüvvəsindən artıq olmalı deyildir.