İspaniyanın Terramar avtodromunun şərəfinə adlandırılan avtomobil Cupra markasının model çeşidinə yeni brendin yaradılmasının ilk ilində daxil edilmişdi. Doğrudur, bu modelin konsepsiyası bir neçə dəfə dəyişib: əvvəlcə onun kupeşəkilli krossover, sonra isə, başqa “paltar” geyinmiş Audi Q3 krossoverinin olması nəzərdə tutulurdu. Nəticədə, hazırda təqdim olunan Cupra Terramar seriya krossoveri ikinci varianta daha yaxındır. Ancaq yenə də çoxlu fərqlər var.
Yeni Cupra 2018-ci ilin Audi Q3 modeli ilə eyni MQB platformasıda inşa edilib. Bundan başqa, hər iki avtomobil təkər bazasının oxşar ölçüsünə (2681 millimetr) malikdir, onlar kuzovun karkasını və demək olar ki, bütün aqreqatları da bölüşürlər. Lakin xarici kuzov panelləri fərqlidir: Terramar Cupra brendinin maili kapotu, çəp faraları və yeganə arxa işıqlandırma zolağını ehtiva edən yeni korporativ üslubunda hazırlanıb. Hətta yan şüşələrin forması da dəyişdirilib. Bir sözlə, zahiri cəhətdən iki krossoveri qarışdırmaq mümkün deyil.
Uzunluq (4519 millimetr) və en (1863 millimetr) baxımından Cupra Terramar Audi Q3 modelini 20-25 millimetr üstələyir, lakin hündürlük baxımından (1584 millimetr) ondan 10 millimetr alçaqdır. Klirens də məhz bu qədər azaldılıb, çünki Cupra standart olaraq idman asqısı ilə təchiz olunub, DCC adaptiv amortizatorları opsiyadır. Adaptiv sükan mexanizmi və elektrik gücləndiricisi olan əyləcləri də standartdır. Təkər disklərinin diametri 18 ilə 20 düym arasındadır.
Cupra Terramar modelinin özünəməxsus interyeri var, Audi ilə unifikasiya minimaldır. Virtual cihazlar paneli və 12,9-düymlük ekranı mediasistemi olan var. Transmissiya idarəetmə selektoru sağ sükanaltı dəstəyinin yerində quraşdırılıb, mərkəzi tunel fincan tutacaqları və simsiz şarj meydançasından təmizlənib. Quraşdırılmış baş dayaqları olan ön oturacaqlar standartdır, arxa divan uzununa tənzimlənir (Audi Q3 modelində olduğu kimi) ki, bu da baqajın həcmini 540 litrdən 630 litrə qədər dəyişdirməyə imkan verir.
Cupra Terramar krossoveri beş modifikasiyada təklif olunur və onların arasında dizel versiyası yoxdur. Başlanğıc səviyyəsi 48 voltluq startyor-generatoru olan 1,5 eTSI (150 at qüvvəsi) “turbodöprdlüyü” və ön ötürməni ehtiva edir. Daha sonra 2.0 TSI (204 at qüvvəsi) turbomühərriki və 4Drive (arxa oxda mufta) tam ötürməsi olan versiya gəlir. Çeşidin zirvəsində isə, gücü artırılmış 2,0-litrlik mühərriki (265 at gücü), güclü Akebono əyləcləri (ön oxda altı porşenli mexanizmlər) və tamamilə söndürülə bilən sabitləşdirmə sistemi olan Terramar VZ dayanır. Yuxarıda göstərilən versiyaların hamısı iki muftalı yeddi pilləli DSG “robotu” ilə təchiz edilirlər.
Daha iki modifikasiya alternativsiz ön ötürməsi olan təkrar doldurulan hibridlərdir. Onlar elektrik dartma mühərriki quraşdırılmış 6-pilləli DSG “robotu” ilə birlikdə çalışan 1.5 TSI benzin mühərrikinə malikdirlər. Başlanğıcş səviyyəli Cupra Terramar eHybrid 204 at qüvvəsi, VZ versiyası isə, 272 at qüvvəsi təklif edir. Tam doldurulmiş 19,7 kilovat/saatlıq dartma batareyası elektrik rejimində 100 kilometrlik yürüş məsafəsi üçün kifayət etməlidir. Onu DC (11 kilovat) və ya SC (50 kilovat) terminallarından doldurmaq olar. Amma batareyanın mövcudluğu baqajın həcmi 400-490 litrə (arxa divanın vəziyyətindən asılı olaraq) qədər azalmasına gətirib çıxarır.
Cupra Terramar krossoverlərinin istehsalı Macarıstanda, Audi Q3 modelinin buraxıldığı eyni zavodda təşkil edilib. Artıq Terramar modelinə sifarişlər qəbul olunur, onun Avropa ölkələrində satışlarna isə, cari ilin dördüncü rübündə başlanmalıdır. Almaniyada qiymətlər 43 min avrodan başlayır. Müqayisə üçün, "robot" ilə təchiz edilmiş Audi Q3 modelinin baza versiyası üçün 40 min avro tələb olunur (38 min mexaniki transmissiya ilə). Hal-hazırda Barselonada keçirilən 37-ci “Amerika Kuboku” reqatasının şərəfinə hazırlanmış America’s Cup Limited Edition salamlama top versiyası isə, 64 min avroya başa gələcək. Tematik tərtibatı olan krossoverlərdən yalnız 1337 ədəd istehsal ediləcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.