Cupra brendi UrbanRebel konseptinin ikinci versiyasını təqdim edib. Əvvəla, elektromobil seriyaya daha yaxın olub və xüsusən də aqressiv kuzov dəstini itirib. İkincisi, potensial yürüş məsafəsi haqqında məlumat peyda olub - 440 kilometr. Hetçbekin bazar debütü 2025-ci ildə baş tutmalıdır. Avtomobillər İspaniyada, Barselona yaxınlığındakı Martorelldəki zavodda istehsal ediləcəklər.

Cupra markası UrbanRebel konseptini keçən payızda təqdim edib. Konsept seriya avtomobilindən çox da uzaqda olmasa da, görkəmli görünüşünə və ölçüsünə görə həddindən artıq gücə malik idi: sabit 250 kilovat (340 at qüvvəsi) və maksimal 320 kilovat (435 at qüvvəsi). Elektrik hetçbekin 100 km/saata 3,2 saniyəyə çatacağı, yəni 640 at qüvvəli Porsche Cayenne Turbo GT modelindən daha sürətli olacağı güman edilirdi.

UrbanRebel konseptinin ikinci versiyası daha sakit alınıb. Məsələn, aqressiv aerodinamik dayaq yoxa çıxıb və güc qurğusunun hasilatı nəzərəçarpacaq dərəcədə - 166 kilovat və ya 226 at qüvvəsinə qədər azalıb. 100 km/saat həddinə sürətlənmə indi 6,9 saniyə çəkir, əlavə olaraq, 440 kilometr potensial yürüş məsafəsi haqqında məlumat ortaya çıxıb. Hetçbek üçün parametrik dizayn, təkrar emal edilmiş plastik və biopolimerlərdən hazırlanmış hissələr, həmçinin 3D çap və 3D toxuculuq texnologiyalarından geniş istifadə vəd edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Cupra UrbanRebel konseptinin seriya versiyasının əsasını önötürməli MEB Small platforması təşkil edəcəkdir. Hetçbek Barselonadan çox da uzaq olmayan Martorelldəki zavodda istehsal olunacaqdır. Yeri gəlmişlən, elektromobil tamaman İspaniyada işlənib hazırlanıb və layihələndirilib. Seriya elektromobilinin bazar debütü 2025-ci ilə planlaşdırılıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.