Seat şirkətinin Cupra markası emosional və temperamentli avtomobillər üçün nəzərdə tutulub. Bu günə qədər bu belə idi: “qaynar” brendin model sırası yalnız güclü avtomobillərdən ibarət idi. Ancaq indi Avropa bazarına uzunluğu 4450 millimetr olan Cupra Formentor krossoveri çıxıb. Qeyd etmək lazımdır ki, bu model Cupra markasının müstəqil şəkildə yaratdığı ilk modeldir və onun Seat embelmini daşıyan analoqu mövcud deyil. Lakin, ispanlar marka həvəskarları üçün sürpüriz də hazırlayıblar.
Bununla birlikdə, ilkin olaraq, Formentor modelinin 310 at qüvvəli 2.0 TSI turbomühərriki, altı pilləli DSG “robotu” və tam ötürmə sistemi ilə təchiz edilmiş versiyası satışa çıxarılıb. Belə krossover 100 km/saat həddinə 4.9 saniyəyə sürətlənlir və qiyməti 44 min avrodan başlayan qiymətlə satılır.
Ən maraqlısı odur ki, 2021-ci ilin əvvəlində dilerlər hec də "qaynar" olmayan 150 at qüvvəli 1,5 TSI turbomühərriki, mexaniki transmissiya və ya 7-pilləli “robot” ilə təchiz edilən ön ötürməli Formentor krossoveri peyda olacaqdır. Transmissiyadan asılı olmaraq belə krossover 100 km/saat həddinə 8,9 saniyəyə sürətlənir. Bu modifikasiyanın qiyməti 31 min dollardan başlayacaqdır. Buna baxmayaraq, krossover özükilidlənən differensialın elektron təqlidinə və 18-düymlük təkər disklərunə malikdir.
Bundan əlavə, 2021-ci ilin ilk rübündə təkrar doldurula bilən Cupra Formentor eHybrid modeli buraxılacaqdır. Hibrid qurğunun tərkibinə 150 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1.4 TSI turbomühərriki və 6-pilləli DSG qutusuna inteqrasiya edilmiş 115 at qüvvəli elektrik mühərriki daxildir. Hibrid qurğunun ümumi hasilatı 245 at qüvvəsi və 400 Nm fırlanma anıdır. Tutumu 13 kilovat- saat olan dartma batareyasının enerjisi elektrik rejimində 50 kilometr (WLTP dövrünə görə) məsafə qət etməyə kifayət olmalıdır. Hibrid krossover ön ötürməlidir, onun dinamik xüsusiyyətləri və qiyməti hələlik açıqlanmayıb.
Lakin modifikasiyalar bununla bitmir. Seat şirkəti Formentor modelinin digər modifikasiyalarınıda təqdim edəcəyinə söz verib - onların arasında dizel krossoveri də olacaqdır. Seat markasının Azərbaycan bazarını tərk etməsindən sonra, ispan istehsalçısının markaları bizim bazarda təmsil olunmurlar.