Volkswagen koserninin MEB platformasında inşa edilmiş effektiv elektrik krossoveri təqdim edilib. Cupra Tavascan seriya krossoverinin üzərindəki məxfilik tamamilə götürülüb: bu idman imicinə, heyrətamiz dizayna və zəngin təchizata malik olan yığcam kross-kupedir. Yenilik Volkswagen AG konserninin yalnız Çində yığılan ilk "qlobal" modeli olacaqdır.

Qiymət və təchizat səviyyələri hələlik açıqlanmayıblar, çünki elektrokarın buraxılmasına ilin sonuna yaxın başlanacaqdır. Bununla belə, eksteryer və interyer dizaynı, habelə texniki hissə barədə məlumat artıq sirr deyil.

Tavascan elektrik krossoveri cəsarətli dizayna malikdir. Salonda, MEB platformasında inşa edilən modellər üçün unikal mərkəzi konsol, havalandırma sisteminin "gizli" deflektorları və orijinal işıqlandırma var. Lakin ayrıca duran ekran cütlüyü olan arxitektura Volkswagen, Audi və Skoda modelləri üçün ümumidir.

Cupra kross-kupesini ölçü baxımından Volkswagen ID.5, Skoda Enyaq Coupe modelləri ilə müqayisə etmək olar: yeni Cupra krossoverinin uzunluğu/eni/hündürlüyü müvafiq olaraq 4644/1861/1597 millimetr, təkər bazası isə 2766 millimetrdir. İspan krossoverinin “fişkaları” işıqlandırılmış loqotiplər və diametri 21 düym olan üçqollu təkər diskləridir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki hissədə heç bir sürpriz yoxdur: Cupra krossoverinin “kiçik” versiyaları olmayacaqdır, ona görə də alıcılar arxa (286 at qüvvəsi və 545 Nm) və tam ötürməli (340 at qüvvəsi, 545 Nm) versiyalar arasında seçim təklif edəcəklər. Ən yeyin krossover 100 km/saat həddini  5,6 saniyəyə toplayacaqdır: bu, MEB platforması üçün rekorddur. Yürüş ehtiyatı 520-550 kilometr arasında dəyişir, çünki Tavascan 77 kilovat-saat tutumlu yeganə batareya ilə təklif olunacaqdır.

Cupra Tavascan kross-kupesinin bazar debütü 2024-cü ildə baş tutmalıdır. Çox güman ki, zaman keçdikcə  kütləvi şəkildə istehsal olunan digər Volkswagen elektromobilləri də Çində buraxılacaqlar. Səbəb isə gün kimi aydındır:  Avropadakı istehsalat getdikcə bahalaşır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.