İspan Cupra markası özünün dördilliyini bayram edir. Cupra markasının ilk modeli olan Ateca krossoveri 2018-ci ilin fevralında debüt edib. Brendin satışları çox yaxşı gedir: ötən il 79.300 Cupra avtomobili satılıb. Bu, 2020-ci ildə olduğundan üç dəfə çoxdur və nəticədə Seat şirkətinin satışlarının 17 faizi Cupra markasının payına düşür. Bununla belə, əsas artımı Volkswagen konserninin başqa markalarda bənzəri olmayan Cupra Formentor modeli (54.600 ədəd) təmin edib. Qalan satışlar Ateca və Leon modellərinin, habelə Rorn elektrokarının payına düşür.

Bununla belə, Cupra brendi satışların, dövriyyənin və dilerlərin sayının iki dəfə artırılmasını nəzərdə tutan qısamüddətli Cupra X2 strategiyasını qəbul edib. Lakin bu il miqyaslı yenilklər olmayacaq – yeni modellər daha sonra təqdim ediləcək və yalnız elektrik ötürməsi ilə hərəkətə gələcəklər.

İspan brendinin rəhbəri Ueyn Qriffitsin bildirdiyinə görə, 2024-cü ildə Cupra Tavascan konseptinin seriya versiyası işıq üzü görəcəkdir. 2025-ci ildə isə, carçısı Cupra UrbanRebel konsepti olan yığcam hetçbek debüt edəcəkdir. Hər iki avtomobil də MEB modul platformasına əsaslanır. Bundan əlavə üçüncü elektrokarın (yuxarıdakı şəkildəki sağ tərəfdə) yaradılması üzərində çalışmalara baçlanılıb, lakin onun haqqında heç bir məlumat verilməyib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.