Bu ayın sonunda Cupra markası yeni brendin dizayn və mühəndislik baxımından inkişaf istiqamətini nümayiş etdirən konsept avtomobilini təqdim edəcək. Təqdimat Cupra markasının yaranmasının bir illiyinə həsr edilir.
İspan markasının rəhbərliyi rəsmi mətbuat açıqlamasında konseptin məxsusi olaraq Cupra markası üçün yaradılan ilk avtomobil olduğunu bildirib. Bu konsept, ”qabarıq dizaynı və möhtəşəm dinamik xarakteristikaları özündə cəmləyən” krossover olacaqdır. Belə bir avtomobil yaradılacağı barədə məlumatı keçən ilin avqustunda ispan brendinin şef-dizayneri Alexandro Mesonero-Romanos səsləndirmişdi.