Kaliforniyada fəaliyyət göstərən Czinger Vehicles startapı özünün ilk modeli olan 21C hiperkarının hərəkətli təqdimatını keçirib. Depozit sahiblərinin, potensial müştərilərin və KİV nümayəndələrinin iştirak etdiyi bağlı tədbir Kalifroniyanın Palm Dezertdəki The Thermal yarış klubunda baş tutub.

Czinger firması ilk dəfə 2020-ci ilin yazında “XXI əsrin hiperkarını” (avtomobilin adı burdan götürülüb) təqdim etməklə meydana çıxıb. 2021-ci ilin yayında isə, kresloların tandem quruluşuna malik olan ikiyerli ortamühərrikli kupeni əsaslı şəkildə yenidən işləyiblər: kuzov daha geniş olub, aerodinamik dəst inkişaf etdirilib. 

Image alt Image alt Image alt

Bununla belə, güc qurğusu dəyişməyib: ön tərkərlərin hər birində 800 voltluq sistemdən qidalanan ayrıca elektromotor yerləşir, arxa oxa isə, 2,88-litrlik V8 biturbomühərriki cavabdehdir. Ümumilikdə, mühərriklər 1250 at qüvvəsi hasil edirlər. Transmissiya - yeddi pilləli sekvental ötürmələr qutusudur.

Czinger C21modeli 1240 kilqramlıq “quru” çəkiyə malikdir və 100 km/saat həddini 1,9 saniyəyə toplayır. Bu, Rimac Nevera, Lotus Evija və Aspark Owl kimi elektrik hiperkarlarının göstəricisi ilə demək olar ki, müqayisə olunandır. 400 km/saata sürətlənmə 27,1 saniyəyə baş verir, bəyan edilmiş maksimal sürət isə 452 km/saatdır.

Kupe hələlik tam şəkildə seriyaya hazır deyil - çatdırılmalara 2023-cü ildə başlamaq planlaşdırılır, lakin artıq hiperkar Laguna Seca və Circuit of the Americas treklərində yeni rekordlara imza atmağa imkan tapıb.

Cəmi 80 ədəd hiperkar istehsal olunacaq və onların hər birinin qiyməti təxminən 1,7 milyon dollar təşkil edəcəkdir. Daha sonra Czinger firması digər “21-ci əsr üçün yüksək məhsuldarlıqlı modelləri” təqdim etməyi planlaşdırır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.