Rumın istehsalçısının rakki-reyddə iştirak edəcəyi T1+ prototipi Prodrive mühəndislik firması tərəfindən inşa ediləcək, zavod komandasının pilotları isə, bu il T3 sinfində dördüncü yeri tutan Sebastyen Löeb və Kristina Qutyerrez Herrero olacaqlar.
Rumın şirkəti bu yarışı à la Dacia ümumi adı altında birləşən yeni texnologiyalar və həllər üçün sınaq meydançası kimi görür. Bu, təkcə funksionallıq imkanları deyil, həm də yeni yanacaq növüdür – prototipin güc aqreqatı Səudi Aramco şirkıətinin hazırladığı sintetik benzinlə işləyəcəkdir.
Sebastyen Löeb və Kristina Qutyerrez Herrero
Dacia brendi “Dakarda” 2025-ci ildə debüt etməlidir. Bundan əvvəl, yarış prototipi Rallye du Maroc reydində sınaqdan keçəcək və burada əvvəlki nəsil Ranger modelinə əsaslanan Ford ofrouderi ilə rəqabət aparmalı olacaqdır.
Amerikalılar “Dakara” 2024-cü ildə qoşulmağı planlaşdırırlar və 2025-ci ildə T1+ kateqoriyasında qələbəyə iddialıdırlar. Ralli-reydə hazırlaşan “Mavi oval”, M-Sport və Cənubi Afrikanın Neil Woolridge Motorsport komandaları ilə əməkdaşlıq edəcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.