Dacia şirkəti Duster modelinin üçüncü nəslini təqdim etməyə hazırlaşır. Krossoverin ikinci nəsli 2017-ci ildə debüt edib və 2021-ci ildə yenilənməyə məruz qalıb. Duster modelinin üçüncü nəslinin debütü 2024-cü ildə baş tutmalıdır və yeni model haqqında bəzi maraqlı təfərrüatlar peyda olub.
Beləliklə, Logan, Sandero və Jogger modellərinin ardınca Duster də Global Access (keçmiş B0) platformasını CMF-B arxitekturasına dəyişməlidir. Bu keçid müasir elektron sistemlərin tətbiqini mümkün edir, bununla belə, Renault mühəndisləri ənənəvi tam ötürməni yeni avtomobilə uyğunlaşdırmaq fikrindən uzaqdırlar.
Fransız Largus nəşrinin bildiridiyinə görə, Dacia Duster 4x4 arxa oxda quraşdırılmış elektrik mühərrikinə malik olacaqdır! Belə həll, məsələn, bir çox yapon modellərində tətbiq edilir, eyni zamanda, Stellantis konserninin müasir hibridləri də belə sxema malikdirlər.
Əsl ofroud zamanı belə tam ötürmə əlbəttə ki, yararsızdır, amma Avropada tələblər başqadır. Köhnə Dünyada krossoverləri əsasən qarlı dağ yollarında istifadə edirlər və belə şəraitdə elektrik əlavəsi yararlı olacaqdır.
Eksteryer dizaynına gəldikdə isə, üçüncü nəsil Duster modeli ənənəvi dizaynını tamamilə yenisi ilə əvəzləyəcəkdir. Ilkin məlumata görə, krossoverin Avropadakı mühərrik çeşidində hazırki 1.0 TCe (100 a.q.) və 1.3 TCe (130 və ya 150 a.q.) benzin turbomühərrikləri yerlərini qoruyacaqlar, dizel isə olmayacaqdır.
Onların əvəzinə Duster modelinə E-Tech hibrid güc qurğusunu quraşdıracaqlar. Hazırda belə qurğular Renault Clio və Captur, habelə Nissan Juke modellərində quraşdırılırlar. Qurğunun tərkibinə 1,6-litrlik atmosfer mühərriki və elektromotor, habelə sixronizatorları və muftası olmayan robotlaşdırılmış qutu daxildir.
Məlum məsələdir ki, bütün bu yeniliklər Duster modelini nəzərəçarpacaq dərəcədə bahalı edəcəkdir. Hazırda Dacia Duster Fransada 15 500 avrodan başlayan qiymətlərlə satılır, 4x4 versiyası üçün isə ən azı 20 300 avro ödəmək gərəkdir. Yeni krossoveri isə, iki ilı gözləmək gərəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.