Rumıniyanın Dacia şirkəti nəhayət üçüncü nəsil Duster modelini təqdim edib. Bu dəfə baş vermiş yeniliklər altı il əvvəlki il nəsil dəyişikliyi ilə müqayisədə daha çoxdur: model yeni platformaya keçib, Bigster konsepti üslubunda fərqli dizayna, rəqəmsallaşdırılmış kokpitə və Jogger modelindən götürülmüş hibrid güc qurğusunu alıb. Krossoverin ölçüləri demək olar ki, dəyişməyib, lakin onun salonu daha geniş olub. Yeni Dacia Duster krossoverinin satışlarına dekabrın 1-də başlanacağı gözlənilir.

Üçüncü nəsil Dacia Duster modelinin xarici görünüşü 2025-ci ildə seriyaya gedəcək Bigster konseptinin üslubunda hazırlanıb. Krossover çıxıntılı kapota, LED fənərləri və mərkəzində X formalı Dacia emblemi olan tamamilə yeni ön panelə, oyma günəşliyə və dam reylinqlərinə sahib olub. Maraqlı cizgi - Duster Extreme versiyasının yan güzgülərinin beşinci qapıdakı Dacia yazısının rəngində olan gövdələridir.

Yeni Duster krossoverinin interyerində əsl dəridən, eksteryerində isə xromdan istifadə edilməyib. Aşağı perimetr boyunca uzanan qoruyucu kuzov dəsti, təkər tağları və qapı üzlükləri LyondellBasell neft-kimya şirkəti ilə əməkdaşlıqda yaradılmış Starkle materialından hazırlanır. Bu kompozitdən İlk dəfədir ki, seriya modelində istifadə olunur. Lakin o, formal olaraq keçən il Manifest konseptində debüt edib. Starkle 20 faizə qədər təkrar emal edilmiş polipropilendən ibarətdir və ağ ləkələri sayəsində adi qara plastikdən daha maraqlı görünür.

Ona görə də bu plastiki rəngləmirlər. Bamperlərin kütləvi şəkildə boyanmış materiallardan hazırlanan müdafiəsi də artıq belə plastikdən hazırlanır. Nəticə ikiqat fayda var: daha az boya istehlak edilir, müvafiq olaraq, zərərli tullantılar azalır, üstəlik, hətta dərin cızıqlar da məhsulun orijinal rənginə təsir göstərmir. Şirkətdən verilən məlumatına görə, yeni Duster modelində istifadə olunan plastikin demək olar ki, beşdə biri təkrar emalın məhsuludur. İstehsalın karbon izini azaltmaq üçün, hətta təlimat kitabçasından belə imtina edilib. Kitabça nazikləşib, onun tam versiyasını isə, yalnız My Dacia proqramı vasitəsilə əldə etmək olar.

Tam ötürməli Duster krossoverinin klirensi artıq 217 millimetrdir. Rumın istehsalçısı belə klirensin bu sinfindəki ən yaxşı göstərici olduğunu iddia edir. Ön ötürməli versiyada bu göstərici 209 millimetrdir. Müqayisə üçün: əvvəlki nəsil Duster modelinin klirensi 210 millimetr idi. Giriş və çıxış bucaqları müvafiq olaraq 31 və 36 dərəcəyə qədər artırılıb.

Krossover, Jogger miniveni ilə paylaşdığı yeni CMF-B platformasına keçid sayəsində daha geniş salona sahib olub: onun ön hissəsi genişlənib, arxa sərnişinlər ayaq zonasındakı məkan isə 30 millimetr artırılıb. Baqajın döşəməsi aşağı salınıb, qapını isə daha geniş və hündür ediblər. Nəticədə baqaj bölümünün həcmi 6% artaraq 472 litrə çatıb. Damdakı əlavə baqaj bölməsi 80 kiloqram yükə hesablanıb.

Salonun dizaynı daha bucaqlı olub və işıq texnikası ilə ahəng təşkil edən çoxlu sayda Y və V  elementlərə malikdir. Ön paneldə yeni media sisteminin 10,1 düymlük ekranı var - o, artıq ön panelə quraşdırılmayıb və bir qədər yuxarı qaldırılıb. Standart cihazlar paneli kiçik ekranı olan analoq panelidir. Lakin Duster modelinin bahalı versiyalarında ilk dəfə olaraq yeddi düymlük rəqəmsal cihazlar paneli quraşdırıla bilər.

İnteryer tərtibatında dözümlü və asan təmizlənən materiallardan istifadə olunur. Bütün versiyalarda smartfon üçün bölmə, habelə firma YouClip aksesuarlarını quraşdırmağa kömək edəcək bir neçə bərkitmə nöqtəsi var: məsələn, çanta üçün qarmaq, fincan tutacağı və ya lampa. Soyuq ölkələr üçün qızdırılan sükan və ön şüşənin buz bağlamasından müdafiə nəzərdə tutulub.

Duster modelinin mühərrik çeşidinə üç güc aqreqatı daxil edilib. Renault dCi dizel mühərriki artıq yoxdur, onun yerini Miller dövrü ilə işləyən və 48-voltluq elektrik üstqurumu ilə tamamlanan 130 at qüvvəli 1,2-litrlik TCe turbomühərriki tutub. Mühərrik mexaniki transmissiya ilə tandemdə çalışır. Avtomobil ön və ya tam ötürməli ola bilər.

Benzin və ya mayeləşdirilmiş neft qazı ilə işləyən 100 at qüvvəli ECO-G mühərriki də mövcuddur. İki 50 litrlik çəni olan belə Duster krossoveri 1300 kilometrə qədər yol qət edə bilər. Onlar baqajda yer tutmurlar: çənlərdən biri arxa oturacağın, ikincisi isə baqaj döşəməsinin altında yerləşir.

Nəhayət, ən yüksək səviyyəli Duster 94 at qüvvəli 1,6-litrlik atmosfer mühərrikinin əsasında yaradılmış hibrid güc qurğusu ilə təklif olunacaq. Hibrid qurğunun ümumi hasilatı 140 at qüvvəsidir. Hibridin transmissiyanın əsas xüsusiyyəti muftaların olmamasıdır. Qutu daxili yanma mühərriki üçün dörd, dartma elektrik mühərriki üçün isə, iki ötürmə nisbəti var. Güc axınının paylanması sxeminin seçiminə hərəkət şəraiti təsir göstərir. Duster Hybrid 140 rekuperasiya sisteminə də malikdir. Bu, şəhər yollarında, vaxtın 80 faizinə qədər daxili yanma mühərrikini işə salmadan hərəkət etməyə imkan verəcək.

Həmçinin enişdə və hətta geriyə hərəkət zamanı sürətə nəzarət edən sistem (30 km/saat qədər sürətlərdə işləyən) də mövcuddur. Beş hərəkət rejimi mövcuddur: Auto, Snow, Mud/Sand, Off-Road və Eco.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

13 il ərzində Duster 2,2 milyon nüsxəlik tirajla satılıb. Rumıniyadakı Dacia zavodunun konveyerdən hər gün minə yaxın Duster modeli çıxır. İstehsalçı hələlik qiyməti açıqlamayıb, lakin yeni krossoverin tələb olunan pul müqabilində ən yaxşı təklif olaraq qaldığını iddia edir. Dacia Duster modelininsatış qiyməti, sifarişlərin qəbuluna başlanacaq dekabrın 1-nə qədər ictimaiyyətə açıqlanmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.