Dacia markası krossover görkəminə malik olan Jogger universalını təqdim edib. Jogger yeni avtomobildən daha çox mövcud olan Logan və Sandero modellərinin daha tutumlu versiyasına bənzəyir. Universal da adı çəkilən modellər kimi CMF-B platformasına əsaslanır və demək olar ki, onların dizaynını təkrarlayır. Bununla birlikdə, Jogger modelinin özüməməxsus cəhətləri də var: yeni universal ən böyük Dacia modelidir, eyni zamanda, rumın markasının hibrid güc qurğusunu alan ilk avtomobilidir.

Dacia şirkəti Jogger universalının “C-seqmentindəki ən əlçatan ofroud yönümlü ailə avtomobili” olacağını vəd edir. Sandero ilə müqayisədə, universalın təkər bazası 300 millimetr (əlavə oturacaqları yerləşdirmək üçün) genişləndirilib. Avtomobil həm beş, həm də yeddi nəfərlik salonla təklif ediləcəkdir. Birinci halda, baqaj bölümünün həcmi 708 litr, ikinci halda - 160 litr, üçüncü sıranın qatlanması halında isə 565 litr olacaqdır. İri ölçülü yüklərin yerləşdirilməsi üçün oturacaqlar tamamilə sökülə bilər: bu halda baqaj bölümünün həcmi 1819 litrə qədər artacaqddır.

Forma-faktoru ilə yanaşı, Jogger universalı Sandero modelindən Y-şəkilli tərtibatı və dama qədər uzanan forması olan arxa fənərləri ilə fərqlənir. Ön tərəfin tərtibatı isə, Sandero Stepway versiyasını tam şəkildə təkrarlayır. Jogger universalının klirensi də Sandero modelinin kross versiyası ilə eynidir - 200 millimetr.

Universal interyerini də Logan/Sandero cütlüyündən götürüb. Jogger universalının baza versiyası, iki dinamiki, smartfon yuvası, Bluetooth, USB portu və 3,5-düymlük TFT displeyi olan media Control sistemi ilə təchiz edilir.

Bir qədər bahalı versiya dörd dinamiki və 8,0-düymlük sensorlu dislpeyi olan Media Display sistemi, ən bahalı versiya isə, iOS və Android smartfonları ilə simsiz inteqrasiyanı dəstəkləyən altı dinamikli Media Nav sistemi ilə təchiz edilir. Opsional avadanlıq siyahısına ön oturacaqların qızdırılması, ayrı displeyi olan kondisioner, açar-kart, arxa görünütü kamerası, parklanma köməkçisi və kor nöqtələrə nəzarət sistemi daxil edilib.

İlk zamanlarda Dacia Jogger modelinin mühərrik çeşidinə iki ənənəvi daxili yanma mühərriki daxil ediləcəkdir. Bu, Sandero modelindən götürülmüş, benzinlə və qazla işləyən 100 at qüvvəli ikiyanacaqlı mühərrik, habelə altı pilləli mexaniki transmissiya ilə tandemdə çalışan 110 at qüvvəsi 1,0-litrlik üçsilindrli turbomühərrikdir. Ofroud xarakterinə baxmayaraq, Jogger yalnız ön ötürmə ilə təklif edilir. Bunun başlıca səbəbi, Duster ilə daxili rəqabəti aradan qaldırmaqdır.

2023-cü ildə Jogger modelinin modifikasiya çeşidində avtomatik transmissiyayailə tandemdə çalışan və 1,6 litrlik mühərrikə əsaslanan hibrid güc qurğusu peyda olacaqdır. Dacia şirkətinin söz verdiyi kimi, Jogger hibrid mühərrikli ən ucuz yeddi nəfərlik model olacaqdır.

Satışa başlaması münasibəti ilə, Dacia şirkəti universalın brutal görünüşə malik olan xüsusi Extreme versiyasını hazırlayıb. Xüsusi versiya qara tərtibat elementləri - damdakı reylinqlər, təkər diskləri və antenna-üzgəc, həmçinin kuzovdakı xüsusi stikerləri ilə fərqlənəcəkdir. Bundan əlavə, Jogger Extreme modeli oturacaqların qırmızı tikişlərini, qapı kartlarındakı xrom əlavələri və mövcud olan bütün avadanlıqları alacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avropada Dacia Jogger modelinə sifarişlərin qəbuluna noyabr ayında başlanacaqdır. Avtomobil 2022-ci ildə dilerlərin şou-rumlarında peyda olacaqdır. Rəsmi olaraq universalın qiyməti hələlik açıqlanmayıb, lakin “Autocar” nəşrinin iddiasına görə, universalın satış qiyməti 15 min avrodan başlamalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.