Yeni Dacia Sandero və Logan modellərinin interyer şəkilləri təqdimatdan əvvəl İnternet şəbəkəsində peyda olub. Renault konserninin büdcə modellərini ciddi yeniləməni gözləyir: ön panelin arxitekturası dəyişəcək, multimedia sisteminin 7-düymlük sensorlu ekranı, yeni iqlimə nəzarət bloku və cihazlar panel quraşdırılacaqdır.
İnteryent şəbəkəsində həm yeni Sandero, həm də yeni Logan modelinin salon şəkilləri dərc olunub, lakin ilk baxışdan iki interyer arasında prinsipial fərqlərin olduğu görünmür.
Dacia Logan
Renault dizaynerləri sadə yuvarlaq havalandırma deflektorlarından sürüşdürücülər olan beşbucaqlı uzun formalı elementlərin lehinə imtina ediblər. İqlimə nəzarət sisteminin şaybaları daha müasir olublar və işıq indikasiyasını alıblar. Cihazlar panelinin narıncı şkalaları yerlərini ağ rəngi olanlara veriblər, spidometr ilə takometri isə, bortkompüterin ekranı ayırır..
Dördqollu sükan çarxı zahiri cəhətdən dəyişməyib, lakin sükanın üzərindəki düymələrin sayı çoxalıb. Digər bir yenilik, əl əyləcinin klassik dəstəyini əvəz edən elektromexaniki düymədir.
Dacia Sandero
Şəkillərdən göründüyü kimi, həm Sandero, həm də Logan 5-pilləli mexaniki ötürmələr qutusu ilə vidalaşacaq – avtomobillərin baza versiyası 6-pilləli mexaniki transmissiya ilə təklif ediləcəkdirlər. Ötürmələrin sxemi də dəyişib: arxa pillə sola və irəli hərəkət ilə qoşulur.
Bu günə qədər nə Renault, nə də Dacia, Dacia və Logan ailələrinin texniki göstəricilərin barədə rəsmi olaraq məlumat verməyiblər. Hər iki avtomobilin Clio və Captur modellərindən tanış olan CMF-B modul platformasına keçəcəyi məlumdur, ancaq onların klirensi azalmayacaqdır. Üçüncü nəsil Dacia Sandero və Logan modellərinin təqdimatı 29 sentyabrda keçiriləcəkdir