Renault şirkəti öz loqotipini bu ilin əvvəlində yeniləyib, indi isə növbəsi törəmə Dacia şirkətinə çatıb. Doğrudur, bu dəfə söhbət "restaylinqdən" getmir: büdcə markası üçün firma şrifti, habelə stilizə edilmiş D və C hərflərindən ibarət olan tamamilə yeni loqotip yaradılıb.

Qeyd etmək gərəkdir ki, bütün bunlar ilin əvvəlində nümayiş etdirilmiş Dacia Bigster konseptinin üzərində mövcud idi. Yaradıcıların fikrincə, yeni loqotip Dacia avtomobillərinin sadəliyini və etibarlılığını mükəmməl şəkildə əks etdirir.

Image alt Image alt

Bu gündən etibarən yeni loqo Dacia şirkətinin onlayn platformalarında istifadə ediləcəkdir. Yeni loqo ilə birlikdə, saytların xaki yaşılına üstünlük verildiyi yeni tərtibatı da tətbiq olunacaqdır. Tədricən çap materialları yeni loqoya keçəcək, 2022-ci ilin əvvəlinə qədər diler və xidmət mərkəzlərinin yenidən tərtib olunmasına başlanacaqdır.  Yeni emblem avtomobillərdə yalnız gələn ilin ikinci yarısından başlayaraq tətbiq ediləcəkdir.

Məlumat bununla bitmir - davamı da var. Yeni loqonun nümyaiş etdirildiyi videoçarxda yenilənmiş Dacia Duster krossoveri görüntülənib. Xatırladaq ki, Duster modelinin ikinci nəsli Avropada dörd il bundan öncə debüt edib. Videoçarxda Duster modelinin yeni qrafikaya sahib olan arxa fənərləri aydın görünür. (c) Autograph.az