Rumıniyalı avtomobil istehsalçısı olan Dacia şirkəti yenilənmiş Sandero və Sandero Stapway hetçbeklərinin, həmçinin Logan ailəsinin ilk fotoşəkillərini dərc etmişdir. Yenilənmiş avtomobillərin dünyəvi premyerası 1 oktyabr tarixində qapılıraını ziyarətçilərin üzünə açacaq Paris avtosalonunda keçiriləcəkdir.

Şəkildən göründüyü kimi, yenilənmiş Sandero və Logan avtomobillərini işıqdiodlarından hazırnmış hərəkət işıqları olan təkmilləşdirilmiş fənərlərlə, yeni radiator barmaqlığı və digər formalı bamperlərdən seçmək mümkündür.  Arxa hissədə isə fənərlərin forması dəyişdirilmiş, interyerin tərtibatında  isə daha kefiyyətli materiallar tətbiq edilmişdir. İstehsalçı yenilənmiş avtomobillər barədə başqa məlumat verməmişdir. Çox güman ki, dolğun məlumatı sərgi başladıqdan sonra əldə etmək mümkün olacaqdır. Xatırladaq ki, adı çəkilən modellər Azərbaycan bazarında Renault markası altında satılır.