Group Renault qrupunun tərkib hissəsi olan Dacia şirkəti Logan sedanının, eləcə də üçüncü nəsil Sandero və Sandero Stepway hetçbeklərinin ilk rəsmi şəkillərini yayımlayıb. Yeni avtomobillərin təqdimatı 29 sentyabrda keçiriləcəkdir.
Gözlənildiyi kimi, Rumıniya şirkətinin hər üç modeli müasir dizayna və Y-şəkilli naxışları olan işıq texnikasına sahib olublar. Bundan başqa, avtomobillər duman işıqları olan yuvarlaq bamperləri, xrom elementləri olan yeni radiator barmaqlığına və çııxıntılı kapotu əldə ediblər.
Yeni Logan sələfindən daha uzun olacağına görə, bu artım salon genişliyinə müsbət təsir göstərəcəkdir. Bundan əlavə, bu modelin kuzovu daha hamar cizgilərə malik olacaq və müasir dizayn meyllərinə cavab verəcəkdir. Hər üç modelin təchizatına ön parkinq sensorlarını daxil ediləcəkdir.Eyni zamanda, qanadlardakı dönmə işıqlarının təkrarlayıcıları yerlərini qoruyub- saxlayacaqdırlar.
Hər üç modelin mühərrik çeşidində baza aqreqatları 65 -100 at qüvvəsi arasında olan yeni üçsilindrli benzin mühərrikləri ola bilər. Sandero modelinin mühərrik çeşidindən 1,3-litrlik turbomühərrik çıxarılacaq, ancaq Stepway modifikasiyasının top versiyası 140 at qüvvəli 1,6-litrlik atmosfer mühərrikə əsaslanan E-Tech hibrid güc qurğusu ilə təchiz ediləcəkdir. Dizel modifikasiyaları isə 85 və ya 115 at qüvvəsi hasil edən 1,5-litrlik dCi dizel mühərriki ilə təchiz olunacaqdırlar.