Böran deyəsən varlılara da öz gücünü göstərməyə müvəffəq olub. Əgər xatırlayırsiniz isə, bir müddət bundan əvvəl Almaniyanın avtomobil satışları üzrə məşhur «Mobile» saytında dünyada ən nadir avtomobillərdən biri olan Lamborghini Veneno superkarıın satıldığı barədə xəbər vermişdik. Üç ədəd buraxılmış superkardan ikincisi olan bu avtomobil üçün 9,98 milyon avro qiymət təyin edilmişdi. Saytın verdiyi məlumatdan məlum olduğu kimi, superkar Yaponiyadakı Reckless Co.,Ltd diler mərkəzi tərəfindən satışa çıxarılmışdır. Lamborghini Veneno modelindən dünyada cəmi üç ədəd mövcuddur və vaxtilə bu avtomobilin sahibi onun üçün 3 milyon avrodan artıq vəsait ödəmişdir.
Məlumatda o da bildirilir ki, avtomobilin yürüyüşü 900 kilometr təşkil edir və diler onu dünyanın istənilən nöqtəsinə çatdırmağa hazırdır. Bu günlərdə elə həmon saytda daha bir Veneno'nun satışa çıxarıldığı haqda elan dərc edilmişdir. Bu dəfə isə, şassi nömrəsi «1» olan avtomobil təklif edilir. Superkarın qiyməti isə, birinci elana nisbətən daha demokratikdir - 7,1 milyon avro. Bu avtomobili Almaniyadan olan İnvestments Cars GmbH satışa çıxarıb. Məlumata görə, superkarın cihazlar panelindəki yürüş göstəricisi 100 kilometrdir.
Lamborghini Veneno modelinin rəsmi təqdimat mərasimi 2013-cü ildə Cenevrə avtosalonunda keçirilmişdir. Avtomobilin buraxılışı Lamborghini şirkətinin 50 illik yubileyinə həsr edilmişdir. İtalyan istehsalçısının rəhbərliyinin söylədiyinə görə, avtomobil korridalarda iştirak etmiş və 1914-cü ildə toreador Xose Sançes Rodrigesi öldürmüş, ən aqressiv və sürətli öküzün şəninə Veneno (ispancadan tərcümədə - zəhər) adlandırılmışdır.
Superkar 750 at qüvvəsi gücü olan 6,5-litrlik V12 mühərriki və 7-pilləli robotlaşdırılmış sürətlər qutusu ilə təchiz edilir. Veneno 100 km/saat həddini 2,8 saniyəyə toplayır və 335 km/saat maksimal sürətə malikdir.