Artıq Dubai polisindən sonra, premium və lüks avtomobillərdən ibarət parka sahib olan başqa bir polis təşkilatı da var. Bu günlərdə Türkiyənın Daxili İşlər naziri Ali Yerlikaya “Komançero” adlı cinayətkar dəstəsinə qarşı keçirilmiş əməliyyatda müsadirə olunmuş 23 ədəd premium və lüks avtomobili İstanbul polisinə təqdim edib.
Avstraliyada doğulmuş Hakan Ayıkın başçılıq etdiyi quldur dəstəsinə qarşı İstanbul Polis İdarəsinin Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi tərəfindən keçirilmiş əməliyyat zamanı, aralarında Ferrari 488 GTB, Bentley Continental GT, Porsche Taycan, Range Rover modelləri və Audi, BMW, Mercedes-Benz, Volvo avtomobilləti olan 23 ədəd nəqliyyat vasitəsi müsadirə edilib. Müsadirə edilən avtomobillərin ümumi dəyərinin 100 milyon TL olduğu bildirilir. Avtomobillər İstanbul Polis İdarəsinin Yol hərəkətinə nəzarət şöbəsində xidmət edəcəklər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.