"Transformerlər" filminin yeni hissəsinin çəkiliş komandası öz qəhrəmanlarının zahiri görünüşünü göstərməyə davam edir. Bu dəfə ictimaətin diqqətini cəlb edən qəhrəman təravətlənmiş "Barricade", yəni adi həyatda Ford Mustang adlı əzələ avtomobili kimi tanldlğımız, lakin polis formasını daşıyan bir qəhrəmandır. Bu nadir tapılan şəkili aktyor Coş Düyamel özünün Twitter sosial şəbəkəsindəki səhifəsində dərc etmişdir.

Filmin süjetinə əsasən, "Barricade" transformeri diseptikonlar irqinin kəşfiyyatcısıdır. O ilk dəfə 2007-ci ildə bu filmdə Ford Mustang formasında peyda olmuşdur. Yeni seriyada artıq "Barricade" amerikan əzələ avtomobilinin yenilənmiş "formasını geyinmişdir".

Bundan əlavə, fotoşəkildən də göründüyü kimi, avtomobil daha iri aerodinamik kuzov dəsti ilə təchiz edilmişdir. Şəkilə diqqətlə nəzər salsaq, iri arxa antiqanadı və avtomobilin qanadındakı "cəzalandırmaq və əsarət altına almaq" sözləri həkk edildiyini görə bilərik.

Xatırladaq ki, bir müddət bundan əvvəl internet şəbəkəsində digər bir transformerin "Bumblebee"nin fotoşəkili yayımlanmışdır ki, bu transormer də Chevrolet Camaro modelinin altıncı nəslindən başqa bir şey deyildir.