Çox güman ki, bir çoxlarını BMW 8 Series kupesinin təchiz edildiyi 4,4-litrlik V8 biturbomühərrikinin 530 at qüvvəsi və 750 Nm fırlanma anı qane edir. Lakin, İsveçrənin Dahler tüninq atelyesi bununla razılaşmaq istəmir.
İsveçrəli tüner 4,4 litrlik mühərrikin daha çox potensiala malik olduğundan əmindir və bunu sübut etmək üçün güc aqreqatını təkmilləşdirib. Nəticədə, səkkizsilindrli mühərrikin hasilatı 636 at qüvvəsi və 850 Nm təşkil edib. Güc xarakteristikalarına görə Dahler mütəxəssislərinin hazırladıqları kupe 625 at qüvvəsi və 750 Nm malik olan “bərkgedən” M8 Competition modelini də üstələyir. M850i modelinin bazasında hazırlanmış kupe 100 km/saat həddini 3,2 saniyəyə toplayır. Bu standart M850i modelində olduğundan 0,5 saniyə azdır.
Lakin, Dahler mütəxəssisləri bununla kifayətlənmək fikrində deyillər. Onlar 840i modelinin mnühərrikinin hasilatını 408 at qüvvəsi və 610 Nm-ə, 840d modifikasiyasının dizel aqreqatının gücünü 380 at qüvvəsi, fırlanma anını isə 800 Nm-ə qədər artırmağı təklif edirlər.
Əlbəttə ki, alman kupesinin vizual cəlbediciliyinin artırılması üçün də təkmilləşdirmələr təklif edilir. Bunlara misal olaraq, splitterlə təchiz edilmiş ön bamperi, qısa yay dəstini, paslanmayan poladdan hazırlanmış buraxılış sistemini və 21-düymlük təkər disklərini göstərmək olar. Yaxın zamanlarda atelye avtomobili daha çevik edən DDC Plug&Play koyloverləri ilə təchiz etməyi planlaşdırır.