Daihatsu şirkəti yeni nəsil Terios modelinin buraxılacağını bəyan edib. Bu modelin 11 illik fasilədən sonra təqdim ediləcək növbəti nəsli olacaq.

Yapon istehsalçısının İndoneziyadakı nümayəndəliyi yeni modelin profili əks olunan tizeri də dərc edibidir. Buna baxmayaraq, Daihatsu Terios modelinin üçüncü nəsli haqqında heç bir məlumat verilməyib. Quattroruote dərgisinin bildirdiyinə görə, yeni modelin debütü 23 noyabrda İndoneziyada baş tutmalıdır. Üçüncü nəsil Terios modelinin dizaynının 2015-ci ildə nümayiş etdirilmiş Daihatsu FT prototipinin üslubunda olacağı ehtimal edilir.

Adı çəkilən konsept iki il bundan öncə, elə İndoneziyada nümayiş etdirilmişdi. Xatıladaq ki, ikinci nəsil Daihatsu Terios modeli 2006-cı ildə debüt edib. Bir sıra bazarlarda Terios Toyota Rush adı ilə satılır. Krossover 109 at qüvvəli 1,5-litrlik benzin mühərriki ilə təchiz edilir.

Güc aqreqatı beş pilləli mexaniki və 4 diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.