Daimler konserni elektrik multikopterinin hazırlanması ilə məşğul olan Volocopter alman şirkətinə 25 milyon avro sərmayə qoymaq qərarına gəlib. Sonradan Volocopter’i uçan taksi kimi istifadə etmək planlaşdırılır.
Şirkət bu layihə ilə 2011-ci ildən məşğuldur. Bu günə qədər bir neçə prototip yaradılmış və ən azı iki sınaq uçuşu həyata keçirlimişdir. Helikopterin əmtəə variantı iki yerli, onun maksimal uçuş çəkisi isə 450 kiloqrama bərabər olacaqdır.
İki mühərriki qidalandıran doqquz litium-ion batareyası sayəsində multikopterin maksimal uçuş məsafəsi 70 km/saat sürətində 27 kilometr, və yaxud 50 km/saat sürətində 27 dəqiqə təşkil edəcəkdir.
Çoxlu mühərriki və pəri olan aparatın əsas xüsusiyyəti idarəetmə sadəliyidir. Bundan başqa, yaradıcıları Volocopter’ə avtonom idarəetmə sisteminin də quraşdırmaq imkanın olduğunu da bildiriblər.
Eyni zamanda, Volocopter Dubayda uçan taksi proqramında iştirak edəcəkdir. 2030-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərində sərnişin daşınmasının 25 faizini pilotsuz nəqliyyat vasitələrinə həvalə edilməsi planlaşdırılır.