Daniel Xunkandella Mercedes-AMG komandasının əsas heyətindəki yerini itirməsinə baxmayaraq, Ştutqart komandasının DTM çempionatındakı ehtiyat pilotu olacaqdır.

Force İndia komandasının 2013 - 2016-cı illərdə test-pilotu olmuş ispan idmançı, bu il alman istehsalçısının DTM çempionatındakı avtomobillərinin sayının səkkizdən altıya düşməsindən sonra kənarda qalmışdı. Bununla belə, Xunkandelya artıq Blancpain GT Series çempionatında iştirak edən ASP komandasında və VLN çempionatındakı Black Falcon komandasında çıxış edir. Mercedes komandası əvvəl ehtiyat pilotu olaraq Maksimilyan Günteri elan etsə də, istehsalçı onun Formula 3 çempionatındakı işinə diqqətini cəmləməsini istəmişdir. Mercedes-AMG komandasının başçısı vəziyyəti belə şəhr etmişdir: «DTM yarışlarının bir neçəsi Formula 3 çempionatındakı yarışlarla üst-üstə düşdüyü üçün, Maksın Formula 3 üzərində diqqətini toplamasını istəyirik». 

Keçən il Esteban Okonun Formula 1 çempionatına keçməsindən sonra, Mercedes komandası ehtiyat pilotu olan Feliks Rozenkvistə son dörd mərhələdə çıxış etmək şansı vermişdi.