Bu xəbər əlbəttə ki, Daniil Kvyatın azakeşlərini məyus edəcəkdir. Toro Rosso komandasının rəsmi saytında Meksika Qran Prisində komandanın rənglərini Pyer Qasli və Brendon Hartlinin müdafiə edəcəyi bildirilib.

Beləliklə, Daniil Kvyat bu mövsümdə üçüncü dəfə yarışlarda iştirak edə bilməyəcəkdir. Xatırladaq ki, Malaziya və Yaponiyada rus pilot yerini Pyer Qasliyə verməli olmuşdur. Görünən odur ki, Kvyatın fatihəsi Helmut Marko tərəfindən çoxdan oxunub. 

Söylənənlərə görə, Braziliyada və Əbu-Dabidə keçiriləcək Qran Prilərdə iştirak edəcək pilot tərkibi Meksikadakı yarışdan sonra elan ediləcəkdir. Xatırladaq ki, ABŞ Qran Prisində STR komandasına qayıdan Kvyat sırlamalarda 12-ci, yarışda isə 10-cu olubdur.