Danimarkadan olan Zenvo firması Cenevrə avtosalonunda «ən tələbkar entuziastların heyran qalacağı» superkarı təqdim edəcəyini bildirib.
Yeni avtomobil nəinki markanın ilk superkarı olan TS1 GT modelini, həmçinin onun trek modifikasiyası TSR modelini əvəzləyəcəkdir.
Şirkət trek modifikasiyasının hazırlanması zamanı əldə etdiyi təcrübədən yeni avtomobilin inşasında istifadə edib. Yeni model barədə ətraflı məlumat verilməyib. Xatırladaq ki, keçən il Cenevrədə təqdim edilən superkar yeni qabaq splitter, təkmilləşdirilmiş arxa diffuzor və yenilənmiş antiqanadla təchiz edilir.
Superkar həmçinin, yeni arxa bamperə, səsboğucu sistemə, Michelin Pilot Super Sport və yaxud Michelin Pilot Sport Cup 2 şinləri geyindirilmiş öndə 19, arxada isə 20 düymlük döymə alüminium təkər disklərinə sahib olub.
Yeni superkarın qabarit uzunluğu 4680 millimetr, eni - 2155 millimetr, hündürlüyü isə 1198 millimetr təşkil edir. TS1 GT superkarının təkər bazasının uzunluğu 2960 mllimetrə bərabərdir. Avtomobilin klirensinin 110 millimetr olduğu bildirilmişdir. Zenvo TS1 GT modeli karbon-saxsı əyləc mexanizmləri, özüqapanan arxa differensialı və tənzimlənən köndələn dayanıqlılıq stabilizatoru ilə təchiz edilir.
Avtomobil həmçinin, hidravlik qaldırma mexanizmi olan təkmilləşdirilmiş KW asqıları ilə də komplektləşdirilir.