Datsun şirkəti Cakartada keçirilən avtosalonda gənc indoneziyalılara ünvanlanmış modelin konseptini nümayiş etdirib. Bu idman üslubunda hazırlanmış beşqapılı GO live hetçbekidir.
Konsept Datsun GO seriya hetçbekinin əsasında yaradılmışdır. Lakin, konsept futuristik optika ilə fərqlənir. Bununla bərabər, konsept kuzovun üçrəngli tərtibatına, yan tərəfdəki naxışlara, aqressiv kuzon dəstinə, iri spoyler və 17-düymlük təkər disklərinə sahib olub.
Konseptin texniki tərəfi barədə məlumat verilməyib. Datsun GO modeli İndoneziyada standart və üç cərgəli oturacağı olan GO+ modifikasiyasında təklif edilir. Bütün modifikasiyalar 68 at qüvvəsi hasil edən 1,2-litrlik mühərrik və mexaniki ötürmələr qutusu ilə təchiz edilir.
Datsun şirkətindən konseptin gələcək taleyi barədə məlumat verilməsə də, GO live modelinin seriya variantının buraxılacağı istisna edilmir. Yeni modelin İndoneziya, Hindistan və CAR-da satılacağı güman olunur.