Britaniyada yerləşən və premium kefiyyətli təbii qida ilə məşğul olan Daylesford ferması Bentley Bentayga krossoveri üçün xüsusi menyu hazırlamışdır. Bu menyu dəbdəbəli krossoverin baqaj bölümündəki piknik dəsti üçün nəzərdə tutulmuşdur.
Linley firmasının istehsal etdiyi dəst Bentayga modeli üçün opsional olaraq təklif edilir. Bu dəstin nə az, nə çox 27500 dollar qiyməti vardır. Dəst üç ayrı bölməyə malikdir ki, bunlardan biri içkilər üçü, ikincisi qida maddələri, üçüncüsü isə qab-qacaq üçün nəzərdə tutulmuşdur. Ehtiyac olduqda bu bölmələri baqajdan çıxarmaq da olar. Bundan əlavə, açılan masa da nəzərdə tutulmuşdur. Daylesford xüsusi menyusunda olan qida madəlləri yalnız Qlosterşiredəki fermadan gətirilir.
Hazır dəstin tərkibinə kələm, alma, bekon, qızardılmış tumlar, bal-xardal sousu ilə doldurulmuş boranı, qarabaşaq yarmasından salat-tabule, vəhşi göbələklər, yerdombalanı və qrüyer pendiri olan arançini, qovrulmuş yunan qabağı və qırmızı soğan olan tartalet, çili bibərli və noxudlu keks, kremlə doldurulmuş moruqlu makaron və şokoladlı praline, limon və moruqlu tort daxildir.Daylesford Organic'in baş aşpazı Gaven Fuller tərəfindən hazırlanmış menyunun qiyməti səsləndirilməmişdir.