Yenidən bərpa edilmiş De Tomaso markasının sahibləri Qudvudda keçirilmiş Sürət festivalında debüt edən P72 kupesinin mühərriki barədə əsas məlumatlarla bölüşüblər. Bu günə qədər mühərrikin xarakteristikaları sirr olaraq qorunurdu. İndi isə şirkət brendin DNT-sinin ən vacib elementlərindən biri olan Ford mühərrikini qoruyub-saxladığını təsdiq edib.

Kerroll Şelbi tərəfindən inşa edilmiş 1965-ci ilin yarış De Tomaso P70 modelindən fərqli olaraq P72 modeli atmosfer mühərriki ilə deyil, kompressorlu Ford aqreqatı ilə təchiz edilir. Güc qurğusunun əsasını Roush Performance tərəfindən təkmilləşdirilmiş 90 dərəcəlik silindr aşırımı olan 5,0-litrlik V8 mühərriki təşkil edir. Mühərrik quru karterə malik olan yağlama sisteminə və dörd çarpazlaşan kürəkcikləri olan mexaniki kompressorla təchiz edilir. Belə konstruksiya yaxşı istilik effektivliyinə nail olmağa, səs-küy və titrəyişləri azaltmağa imkan verir.

Mühərrikin hazırlanması prosesi hələlik başa çatmayıb, bu səbəbdən də yalnız nəzəri güc xarakteristikarı məlumdur. Güc aqreqatının hasilatının 711 at qüvvəsi və 825 Nm fırlanma olacağı proqnozlaşdırılır. Mühərrik De Tomaso şirkətinin öz məhsulu olan 6-pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışacaqdır.

Eyni zamanda, avtomobilin səsinə xüsusi diqqət yetirilib. Bu səs keçən əsrin 60-cı illərinin maslkarlarını xatırlatmalıdır. Daha bir maraqlı cəhət kompressorlu mühərrikin atmosfer mühərriki kimi hissiyatı bəxş etməsidir.

Beləliklə, P70 modelinin mənəvi davamçısı olan P72 modeli retro üslubunda dizayna malikdir və 72 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. Avtomobil haqqında məlumat verilməsə də, onun Apollo Intensa Emozione superkarı üçün hazırlanmış karbon şassidə inşa edildiyi məlumdur. 

Məlum məsələdir ki, De Tomaso P72 dünyada olan ən bahalı avtomobillərdən biri olmalıdır. Apollo Automobili şirkətindən superkarın qiymətinin 750 min avrodan başlayacağını bildiriblər.