Defender ofrouderinin yeni versiyasının təqdimatı mayın 31-nə planlaşdırılıb: qısa üçqapılı Defender 90 və beşqapılı Defender 110 modellərinə “130” indeksli versiya qoşulacaqdır. Belə versiyanın hazırlanacağı barədə şayiələr hələ 2019-cu ildə peyda olmuşdular. İlin əvvəlində Defender 130 modifikasiyanın patent şəkillərini dərc edilmişdi, indi isə Jaguar Land Rover konserni ilk rəsmi şəkli yayımlayıb. Lakin şəkildə maraqlı bir şey yoxdur.

İlkin məlumata görə, Defender 130 standart Defender 110 ilə eyni təkər bazasına malik olacaqdır. Məlum olduğu kimi, belə rəqəmsal indeks tarixən Land Rover ofrouderlərinin oxları arasındakı məsafəni göstərib. Bunun əvəzinə mühəndislər kuzovun arxa çıxıntısını artırıblar. Yeni modifikasiyanın ümumi uzunluğu Defender 110 modelindəki 4758 millimetrin (ehtiyat təkər istisna olmaqla) əvəzinə 5,1 metrə çatacaqdır.

Rəsmi olaraq, Defender 130 modelinin 2 + 3 + 3 oturacaq düsturuna malik olan üçcərgəli səkkiz nəfərlik salona sahib olacağı bildirilir. Bundan əlavə, Defender 130 modelinin nəinki ən böyük, həm də çeşiddəki ən bahalı və dəbdəbəli ofrouder olacağı güman edilir. Təfərrüatlar iki həftədən sonra açıqlanacaqlar. Bu arada, artıq Defender modelinin başqa bir versiyası haqqında söz-söhbətlər dolaşır - bu, ekstremal yolsuzluğu qət etmək üçün nəzərdə tutulmuş, təkmilləşdirilmiş şassiyə və artırılmış klirensə malik olacaq ofrouderdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.