Rolls-Royce Sweptail modelini cazibədah hesab edirsiniz? O zaman Sergey Dvornitskinin təklif etdiyi Exterion Concept konsepsiyası da sizi cəlb etməlidir.
Dizayner Rolls-Royce markasının dizayn ənənlərindən istifadə edərək, yaxın gələcəkdə dəbdəbəli limuzinlərin dizaynı barədə öz görünüşünü nümayiş etdirib. Ola bilər ki, belə bir avtomobili illər sonra, misal üçün 2035-ci ildə, hətta Bakı küçələrində də görək. Azərbaycanlılar arasında zəngin və yaxşı zövqü olan şəxslərin olmasından heç də şübhə etmirəm. Rolls-Royce avtomobilinə baxdıqda, ilk nəzərə çarpan elementin hansı olduğunu söyləyə bilərsinizmi? Əlbəttə ki, iri möhtəşəm radiator barmaqlığı.
Lakin, Drorniskinin fikrindcə gələcəkdə radiator artıq soyutma funksiyasını deyil, rəsm əsəri rolunu oynayacağını düşünür. Bundan başqa, aerodinamik element rolunu oynayan təkər qapaqlarını, qara rəngli təkər tağlarını da xüsusilə qeyd etmək olar. Radikal formalı işıqdiodlarından olan arxa fənərlər, uzadılmış arxa şüşə də avtomobilin yadda qalan elementlərindəndir. Arxa bamperin isə, dəbdəbəli yaxtaların göyərtəsi üslubunda tərtibatı, dizayner tərəfindən irəli sürülən daha bir maraqlı təklifdir.