Land Rover şirkəti Dünya Rally Raid Çempionatında və xüsusən də Dakar ralli-reydində iştirak üçün hazırladığı ofrouder barədə məlumatı paylaşıb. Ayrıca Defender brendi altında çıxış edəcək yeni avtomobil 2026-cı il mövsümündən başlayaraq Stok kateqoriyasında iştirak edəcək və cari ofrouderin top versiyası olan Defender Octa modelinin əsasında inşa ediləcək. Yarış ofrouderi seriya Defender Octa versiyası ilə təkcə D7x platformasını deyil, həm də V8 biturbo mühərrikini və transmissiyasını paylaşacaq.
Land Rover Defender Octa
Plana əsasən, iki Defender FIA World Rally-Raid Championship çempionatında, üçü isə, Dakar elli marafonunda iştirak edəcək. Eyni zamanda, Defender müstəqil brend kimi, həm də ralli-reynin rəsmi tərəfdaşı olacaq. Britaniya ofrouderlərindən (çox güman ki, adi Octa modelləri) yarış təşkilatçılarını və jurnalistləri daşımaq üçün istifadə olunacaq. Üstəlik, şirkət, gələcək marşrutları sınaqdan keçirmək üçün altı xüsusi "kəşfiyyat" avtomobillərinin inşasını da öz üzərinə götürəcək.
Land Rover Defender 90 by Bowler
Ola bilsin ki, bunlar da Octa modelinin törəmələri olacaqlar, çünki bu ofrouder yolsuzluq şəraitini fəth etmək üçün lazım olan hər şeyə malikdir. Octa versiyası 48-voltluq startyor-generatoru olan 4,4 litrlik V8 biturbo mühərriki, Range Rover Sport modelindən götürülmüş pnevmatik 6D Dynamics asqısı və altı porşenli supportları olan Brembo əyləcləri ilə təchiz edilir. Defender Octa modelinin klirensi 28 millimetr (319 millimetr) çoxdur, həmçinin onun təkərlərin artikulyasiyası yaxşılaşdırılıb, hərəkət rejimləri siyahısında isə, asfaltdan kənarda sürətli gediş üçün parametrləri olan xüsusi rejim var. Alternativ olaraq, Octa versiyası Bowler firmasının hazırladığı Defender 90 ilə əvəz edilə bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.