Keçən yay, Jaguar Land Rover ittifaqının yanacaq hüceyrələri ilə işləyən elektrik krossoveri və ya ofrouderini buraxmaq niyyətinin olması barədə məlumat dərc edilmişdi. İndi isə, avtomobil istehsalçısı bu sahədəki planlarını dəqiqləşdirib: Land Rover Defender modeli hidrogenlə çalışan avtomobilə çevriləcəkdir.
Hidrogen modeli Britaniya hökuməti tərəfindən qismən maliyyələşdirilən Project Zeus layihəsi çərçivəsində yaradılacaqdır. İlk prototipin bu ilin sonunadək ölkə yollarında sınaqdan keçirilməsi planlaşdırılır. Əvvəl olduğu kimi, yeni modelin texniki xüsusiyyətləri açıqlanmır. Eyni zamanda, şirkət , hidrogen elektromobillərinin akkumulyatorlu analoqlarından daha yeyin doldurulduğunu və soyuq iqlim şəraitində onların yürüş ehtiyatının daha az zərər gördüyü xüsusi ilə qeyd edib.
Yeri gəlmişkən, Land Rover artıq yeni Defender modelini bir neçə üsulla elektrikləşdirib: ofrouderin modifikasiya xəttində təkcə startyor-generatoru olan “mülayim” hibridlər deyil, həm də elektrik ötürməsi ilə təxminən 43 kilometr məsafə qət edə bilən P400e qoşulan hibridi də mövcuddur.
Bu ilin fevral ayında açıqlanmış Reimagine strategiyasına əsasən, Land Rover önümüzdəki beş il ərzində altı tam elektrik modelini buraxmalıdır. İlk elektrokarın təqdimatı 2024-cü ildə keçirilməlidir. Land Rover şirkəti Discovery, Discovery Sport, Range Rover Evoque və Range Rover Velar modelləri üçün yeni EMA modul platformasından istifadə etmək niyyətindədir. Bununla birlikdə, növbəti Defender modeli tam elektrikləşməyə imkan verən MLA arxitekturasını yeni Range Rover və Range Rover Sport modelləri ilə bölüşəcəkdir.
Defender modelinin nəsil dəyişdirməsinin tezliklə baş verməyəcəyi aydındır. Hazırki Defender ailəsində ən azı iki yenilik gözlənilir: üç oturacaq cərgəsi olan Defender 130 modeli və Mercedes-AMG G 63 modelinə meydan oxuyacaq "bərkgedən" ofrouder. (c) Autograph.az