Alman Delta 4x4 tüninq atelyesi Volkswagen Amarok pikapının ekstremal variantını hazırlayıb. Avtomobilin eni 200 millimetr, hündürlüyü isə 250 millimetr artıb. Pikap 10 santimetrlik lifting dəstinə, həmçinin yolsuzluq üçün nəzərdə tutulmuş Bilstein yay və amortizatorlara sahib olub. Bu dəst avtomobili dörd santimetr hündüyləşdirib.
Bundan başqa, Amarok alüminium ərintisindən 20-düymlük təkər diskləri və 35-düymlük “dişli” Cooper şinləri ilə təchiz ediblər. Bu elementlər sayəsində avtomobilin hündürlüyü 10 santimetr artıb. Lakin, bu son deyil – pikapı üçün 33-düymlük Yokohama şinlərini də sifariş etmək olar. Bu təkərlər sifarişçiyə 4500 avroya başa gələcəkdirlər. Əlavə olaraq, pikap təkər tağlarının genişləndiricəlirən, əlavə işıqlandırması olan bamperə, işıqdiodlarından “çilçırağa” və kuzovun tutqun qara-qırmızı rənginə sahib olub.
Pikapın texniki hissəsi barədə məlumat verilməyib. Təkmilləşdirmələrin qiyməti 8300 avrodur.