Londonda fəaliyyət göstərən Design Q studiyasə Comlux America şirkətinin sifarişi ilə növbəti nəsil ACJneo və BBJ Max 8 biznes cetləri üçün interyer dizaynı konsepsiyasını hazırlayıb. Comlux America şirkətindən verilən məlumatda, yeni konsepsiyanın "potensial VIP müştərilərin fərqli mədəniyyətlərini, üslublarını və zövqlərini əhatə etmək üçün dizayn perspektivlərini və konsepsiyalarını əldə etmək olub”.
Sifarişçi Design Q studiyasından qeyri-adi materiallar və dizayn üslubundan istifadə etməklə unikal konsepsiyanı yaratmağı xahiş edib. Yeni dizayn layihəsi sonradan Comlux America şirkəti və dizayn studiyaları tərəfindən müştərilərə təklif ediləcəkdir. "Bu, həqiqətən qarşılıqlı fayda gətirən əlaqələrdir və sənayemizdə əvvəllər həyata keçirilməmiş bir layihədir", - Comlux America şirkətinin baş direktoru Skott Meyer bildirib. Eyni zamanda, Comlux America şirkəti Alberto Pinto Design, Unique Aircraft və Winch Design kimi dizayn studiyalarından da konsepsiyaların hazırlanmasını istəyib.
"Design Q studiyası Comlux ilə əməkdaşlıqdan ilham alır", - Design Q şirkətinin baş direktoru Hovard Qay bildirib. - ”Comlux şirkətinin imkanları və müştərilərlə böyük iş təcrübəsinə malik olan Design Q studiyasının baxışı sayəsində, təyyarənin interyer dizaynını hər bir VIP müştərinin konkret ehtiyaclara uyğunlaşdıra bilərik. Layihə, bu təyyarələri satın almağı düşünən müştərilərin "interyerə yeni və gözlənilməyən tərəfdən baxmağa təşviq etmək üçün yaradılıb". Onun sözlərinə görə, bəzi yeni təyyarə sahibləri diqqəti əsasən maskimal sayda sərnişin oturacağının olmasına yönəldirlər, lakin layihələr ilə tanış olduqdan sonra, müştərilərin interyerə baxışlarında inqilabi dəyişikliklər baş verir.
Airbus ACJneo təyyarələri öz seqmentində ən geniş və ən uzun salonu, həmçinin yeni səmərəli mühərrikləri, müqaviməti azaldan və salonda rahatlıq yaradan Sharklet qanadlarını təklif edir. 25 sərnişin tutan ACJ320neo laynerinin uçuş məsafəsi 11.104 kilometr, 8 sərnişin götürən ACJ319neo təyyarəsinin isə, 12.552 kilometrə təşkil edir. Səkkiz sərnişin üçün hazırlanmış BBJ Max layneri 12.392 kilometr qət edir.