Mercedes-Benz şirkəti bu gün Detroytda işinə başlayan beynəlxalq avtomobil sərgisində G-Class modelinin ikinci nəslini təqdim edib. Qeyd etmək lazımdır ki, yeni ofroderin interyeri haqqında məlumat onun təqdimatından əvvəl dərc edilmişdir. Yeganə naməlum olan onun eksteryerinin dizaynı idi.
Budur, artıq yeni nəsil Mercedes-Benz G-Class modelinin üzərindəki sirr pərdəsi tamamilə götürülmüşdür.
Gördüyümüz kimi, alman dizaynerləri G-Class modelinin eksteryerini bu əfsanəvi avtomobilin klassik ənənələrinə uyğun dizayn ediblər. Gelandewagen ofroderin’ xas olan düzbucaqlı formalar, görünən qapı rəzələri, düz şüşələr, iri qapı dəstəkləri və ehtiyat təkərin örtüyü – hər bir tanınan element qorunub-saxlanmışdır. Hətta qapı qıfıllarının da səsi eyni qalıbdır.
Avtomobilin aerodimanik göstəricisi də əvvəlki kimi qalıb – 0,54. Yeganə dəyişən ön paneldir ki, piyadaların müdafiəsini təmin etmək üçün ofroderi yeni burun forması, mühərrik ilə ara məsafəsi artırılan kapot və zərbə zamanı qanadların içinə qatlanan dönmə işıqları ilə təchiz ediblər. Bəs yeni ofroderlə köhnəsini neçə ayırd etmək olar? Ən azından rezin haşiyədən canını qurtarmış alın şüşəsinə nəzər salmaq kifayətdir. Digər tərəfdən ön qanadlarda olan havalandırma dəliklərin imtina edilib. Benzin bakının qapağı isə sağ arxa şüşənin altına keçib.
Yeni ofroderin ölçüləri də dəyişibdir. O sələfindən 53 millimetr uzun və 121 millimetr enlidir.
G-Class modelinin kuzovu poladdan hazırlanır, lakin qapılar, kapot və qanadlar alümniumdandır. Yüngül materialların tətbiq edilməsi sayəsində tam yeni pilləkən tiplirama üzərində inşa edilən avtomobilin çəkisi 170 kiloqram azalıbdır. Bu o deməkdir ki, ofroderin salondakı məkan da artıbdır. Avtomobilin şassisinin yaradılması üzərində Mercedes-AMG bölümünün mütəxəssisləri işləyibdirlər. Bu əvvəlki texniki konsepsiyadan heç nə qalmadığından xəbər verir. İlk dəfə olaraq G-Cılass müstəqil ön asqıya, sükanın elektrik günləndiricisinə və avtomatik qutu ilə birləşdirilmiş paylayıcı qutuya sahib olub.
Arxa körpü bütöv qalsa da, simmetrik olub, onun asqısı isə dörd qoldan və Panar dartmasından, həmçinin yerləşdirilmələri dəyişən yay və amortizatorlardan ibarətdir. Ön asqı müasir Mercedes avtomobillərində olduğu kimi iki qolludur.
Yeni Mercedes-Benz G-Class 422 at qüvvəsi və 610 Nm fasil edən 4,0-litrlik V8 biturbomühərriki ilə təchiz edilir.
Güc aqreqatı 9-pilləli 9G Tronic avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Mərkəzi mexaniki differensial mühərrikin fırlanma anını oxlar arasında 40:60 nisbətində bölür. Mərkəzi differensialın qapanmasına məcburi birləşməsi olan elektron mufta cavabdehdir. Üstəlik, ön oxa anı ötürən val artıq avtomatik qutunun sol tərəfində yerləşdirilib. Pasport göstəricilərinə inansaq, yeni ofroderin yolsuzluqdakı imkanları daha güclənibdir. Ofroderin döşəməsinin altındakı klirens 6 millimetr artaraq 241 millimetrə bərabər olub.
Ön oxun altındakı məısafə isə 270 millimetrdir. Qət edilən çay keçidinin dərinlkiyi 70 santimetrə qədər artıb. Avtomobilin giriş və çıxış bucaqları 21 və 30 dərəcə, rampanın bucağı isə 26 dərəcəyə qədər yüksəlib.
Bütün bunlara baxmayaraq, avtomobilin asfalt zəmindəki gediş qabiliyyəti minik avtomobillərindəki kimi olmalıdır. Buna səbəb ön tərəfin yüksək sərtliyi, yeni sükan sistemi və dəyişən müqaviməti olan amortizatorlardır. Şassinin Comfort, Sport, Eco, Individual və ayrıca G-Mode rejimləri də mövcuddur. Sonuncu rejim avtomobilin akseleratorunu, ötürmələr qutusunu və tam ötürmə sisteminin seçilmiş konfiqurasiyasını mürəkkəb yolsuzluq şəraiti üçün hazırlayır.
Yeni Mercedes-Benz G-Class modelinin istehsalı əvvəlki kimi Qratsdakı Magna Steyr zavodunda yerləşdiriləcəkdir. Yeni ofroderin satışlarına yaz aylarında start veriləcəkdir. G500 modifikasiyası Almaniyada 107400 avrodan başalayan qiymətlərlə satılacaqdır. Yeni 340 at qüvvəli 2,9-litrlik altı silindrli dizel mühərriki ilə təchiz edilən G 400 d 80000 avroya təklif ediləcəkdir. G500 modeli ilə birlikdə ofroderin 612 at qüvvəli 4,0-litrlik V8 mühərriki təchiz edilən Mercedes-AMG G63 modelinin də satışlarına start veriləcəkdir.