Nissan şirkəti Detroyt avtosalonunda yapon markasının gələcək krossoverləri haqqında təsəvvür yaradacaq Xmotion konseptini təqdim edib. Protoip yeddi sensorlu displeyə və yapon dekorativ karpa koi şəklində fərdi köməkçiyə sahib olub.
Nissan Xmotion üç oturacaq cərgəsinə malik olan altı yerli krossoverdir. Konsept yolsuzluq şinləri ilə “bütöv parçanı” təşkil edən 21-düymlük təkər disklərinə, damda quraşdırılan çıxarılan baqaj bölümünə və yapon ağac ustaların işlərini xatırladan naxışı olan arxa fənərlərə malikdir. “Ağac” mövzusu avtomobilin interyerində də davam etdirilib. Bu materialdan düzəldilən mərkəzi tonnel ehramların tikintisində istifadə edilən “Kanava tsuqi” texnikası (taxta hissələrin yapışqansız birləşdirilməsi) ilə hazırlanıbdır.
Klassik yapon peyzajlarındakı taxta körpüləri xatırladan tonnel, ağacdan hazırlanan ön panellə, sonra isə futuristik cihazlar paneli ilə birləşir. Arxa görüntü güzgüsü rolunu oynanyan displey də daxil olmaqla, salonda yeddi displey quraşdırılıb. Multimedia funksiyalarının idarə edilməsi jestlərin və səs komandalarının köməkliyi ilə həyata keçirilir.
Avtomobilin işə düşməsi barmaq izi ilə həyata keçirilir. Bundan sonra mərkəzi ekranda koi balığı maydana gəlir – Nissan elekton yardımçını belə təsvir edib. O, avtopilot rejimində sürücüyə “maraqlı nöqtələri” ziyarət etməyi tövsiyə edəcək və bütün elektronikanı sürücünün arzu və tələblərinə uyğun tənzimləyəcəkdir. Protoipin gələcək taleyi barədə məlumat verilməyib.