"Road&Track" nəşri Dubayda yerləşən Devel Motors şirkətinin 5000 at qüvvəli Sixteen hiperkarı üzərindəki işləri müvəqqəti olaraq dayandırdığını bildirib. Şirkət avtomobilin seriya şəklində buraxılmasına mane törədən problemlər ilə üzləşib. Üstəlik, Devel Motors şirkətinin əsas texniki tərəfdaşı olan Manufattura Automobili Torinio (MAT) da layihəni tərk etdiyini bildirib.
Manufattura Automobili Torino şirkətinin rəhbərliyi draqsterlər üçün hazırlanmış 12,3-litrlik V16 mühərrikinin adi yollarda istifadə üçün adaptasiya edilmədiyini və aqreqat üçün soyutma sisteminin hələ də hazırlanmadığını bildirib. Üstəlik, Devel Motors 480 km/saat həddində hiperkarı yolda necə saxlayacağını hələ də bilməyir.
Devel Sixteen hiperkarıın dörd turbinaya malik olan 12,3-litrlik V16 mühərriki 5007 at qüvvəsi və 4771 Nm fırlanma anı hasil edir. Adi halda avtomobilin mühərrikinin gücü 1200 at qüvvəsi səviyyəsində məhdudlaşdırılır. Devel Sixteen hiperkarına 100 km/saat həddini toplamağa isə 1,8 saniyə tələb olunur. Onun maksimal sürəti 515 km/saatdır.
Mənbə: Road&Track