Mixael Şumaxerin qaradşı Ralf Şumaxerin oğlu Devid Formula 1 çempionatında yarışmaq arzusundadır.

Bu il 15 yaşlı Devid beynəlxalq kartinq birinciliyində çıxış edəcəkdir. Növbəti il isə onun alman Formula 4 çempionatında debüt edəcəyi gözlənilir. Xatırladaq ki, bir neçə il əvvəl Devidin əmisi oğlu Mik bu çempionatda iştirak edirdi. 

"Şübhəsiz ki, mən Formula 1-də çıxış etmək istəyirəm və ümid edirəm ki, yaxşı komandaya düşəcəyəm, - Sport Bild nəşrinə müsahibəsində Devid bildirib. Mənim üçün iki nümunə mövcuddur: atam və əlbəttə ki, F1 tarixində ən uğurlu pilot olmuş əmim.

Mənim atam da vaxtı ilə yaxşı çıxış edib, lakin mən özümü onlarla müqayisə etmirəm və öz yolumla getmək istəyirəm. Birdə, Formula 1 yarışında start düzlüyündə yanımda əmim oğlu Mikin olmasını çox istərdim".

Ümid edirik ki, tale yenidən bizlərə F1 treklərində Şumaxer qardaşlarının güzəştsiz mübarizəsini seyr etməyi nəsib edəcəkdir. Vaxtı ilə, Mixael və Ralf Şumaxer qardaşları bizlərə bu həyəcanı yaşatmışdılar.