Mopar bölməsi Dodge modelləri üçün Direct Connection adlı eksklüziv ehtiyat hissəsləri kataloqunu təqdim edib. Kataloqa adi Challenger, Challenger SRT Hellcat, SRT Hellcat Redeye və Challenger Mopar Drag Pak dreqsteri üçün tüninq dəstləri, habelə kreyt mühərrikləri daxildir. Bu mühərriklərin arasında 1976-cı ilə qədər buraxılmış avtomobillərə quraşdırılan 1014 at qüvvəsi və 1288 Nm fırlanma anı hasil edən 7,0-litrlik Hellephant mühərriki də var.
Yeni kataloq, keçən əsrin 70-ci illərində Chrysler korporasiyasının Direct Connection bölməsinin şərəfinə adlandırılıb. Sonradan bölmənin adı Mopar Performance Parts kimi dəyişdirilib. Beləliklə, Direct Connection kataloqundan olan ehtiyat hissələrinə sifarişlərin qəbuluna 2022-ci ilin birinci yarısında başlanacaqdır. Bunun üçün hətta Dodge Power Brokers eksklüziv diler şəbəkəsini də işə salacaqlar.
Hazırda kataloqda 200 ədəddən çox detal mövcuddur. Onların arasında Challenger SRT Hellcat və SRT Hellcat Redeye modellərinin gücünün artırılması paketləri də var. Stage II Kit dəsti “qırmızı gözlü” modelin standart mühərrikinin gücünü 808-dən 897 at qüvvəsinə, fırlanma anını isə 958-dən 1067 Nm-ə qədər artırmağa imkan verir. Lakin bu, Pre-stage Kit və Stage I Kit dəstlərinin quraşdırılmasını da tələb edəcəkdir. Bundan sonra maslkar hasilata görə SRT Hellcat Redeye Widebpdy Jailbreak və Demon modellərini üstələyə biləcəkdir.
Challenger SRT Hellcat modeli üçün Hellephant mühərrikinin şkivi, yenidən proqramlanmış idarəetmə bloku və aşağı temperaturalı termostatı olan Stage I dəstini sifariş etmək mümkündür. Bu dəstin quraşdırılması mühərrikin gücünü 727 at qüvvəsindən (881 Nm) 768 at qüvvəsinə (944 Nm) qədər artıracaqdır.
Bundan başqa, kataloqda digər Challenger modellərinin tüninqi üçün də komponentlər var: Hellcat Redeye modelinin silindr başlığı, gücləndirilmiş yarıoxlar, ötürmə valları, differensial, hidrotransformator, SRT Demon modelinin porşen və ştok dəsti, bə sair ehtiyat hissələri. Zavod dreqsteri olan Challenger Mopar Drag Pak modeli üçün nəzərdə tutulmuş ehtiyat hissələri ayrı bölmədə qeyd ediliblər.
Bunların arasında NHRA Factory Stock texniki reqlamentinə uyğun gələn kompressorlu HEMI V8 5.8 mühərriki, kompozitdən kreslolar, təkər dəsti, tənzimlənən yuxarı qolları olan asqı, Aeromotive yanacaq sistemi, kuzov elementləri və salon var.
Nəhayət, kataloqa 5,7 – 7,0 litr iş həcmləri olan beş ən populyar kreyt mühərrikləri daxil edilib. Aqreqatlar 1976-cı ilə qədər buraxılmış avtomobillərdə quraşdırıla bilər və üçillik ( 100.000 mil) zəmanətə malikdirlər.Dodge şirkəti Direct Connection kataloqunun köməyi ilə əldə ediləcək nəticələri DC 170 prototipinin timaslında nümayiş etdirib.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.