GT by Citroen şou-karının yaradılmasında iştirak etmiş PSA Peugeot Citroen alyansının keçmiş dizayneri Takumi Yamamoto Exposition Concept Car Paris sərgisində musiqiçi Devid Bouinin yaradıcılığına həsr etdiyi konsepti təqdim edib. A portrait of db adlandırılmış layihənin hazırlanmasına 21 il sərf edilib.
Yamamoto Exposition Concept Car Paris sərgisində avtomobilin tamölçülü 3D-modelini göstərəcəkdir. Müəllifin sözünə görə, o art-karın ilk eskizini 1997-ci ilin aprelində çəkib və bu müddət ərzində avtomobilin görkəmində Bouinin obrazını və musiqisinin xüsusiyyətlərini əks etdirmək, həmçinin müğəniyyə olan ehtiramını bildirmək istəyib.
A portrait of db
İkiölçülü şəkilləri həcmli formaya çevirməyi Yamamotonun keçmiş həmkarı, modeller və sənaye dizayneri Siril Anseli yardım edib. Dizayneri hər hansı bir şəxsin obrazını avtomobilə köçürmək ideyası maraqlandırıb.
İlk mərhələdə Yamomoto və Anseli Bouinin mahnılarını avtomobilin detallarına köçürməyə imkan verən parametrik naxışları yaradan alqoritmə çevirmək istəyiblər. Nəticədə parametrik dizaynı hazırlamaq çox mürəkkəb olub. Bunun əvəzinə müğənninin musiqisindəki açar sözlərindən istifadə edərək avtomobilin formasını yaradıblar.
GT by Citroen
Avtomobilin renderlərini isə, komandanın üçüncü üzvü kompyuter qrafikası üzrə mütəxəssis Aleksandr Larnak hazırlayıb. Larnakın işləri sərgi təşkilatçılarının diqqətini cəld edib və onlar avtomobilin maketini sərgidə nümayiş etdirməyi məsləhət görüblər.
A portrait of db konseptinin tam ölçülü maketinin hazırlanmasının sponsoru Marie 3D fransız firmasıdır. Bu firma bir müddət bundan öncə ən böyük ölçülərə malik olan Massivit 1800 3D-printerini əldə edib.