Yunan mifologiyasıda Zevs atası Kronosla apardığı hakimiyyət savaşında qalib gələrək Olimpin hakiminə çevrilmişdir. DMC tüninq atelyesinin mütəxəssisləri əfsanəvi Geländewagen’nin ən bərkgedən variantı olan Mercedes-AMG G65 modelini tüninq edən zamanı bu nağıldan ilham almışdırlar. Onlar, atelyenin iftixarı olan DMC G65 Wide Body modelinə yunan allahının adını verməklə, bu sahədə iddialı olduqlarını bildirmək istəyirlər. Atelye mütəxəssislərinin fikrincə, DMC G65 Zeus, Brabus və Mansory kimi adlı-sanlı atelyelərin yaratdığı bu qəbildən olan avtomobillərə qalib gələcək potensiala malikdir.
Alman atelyesinin mütəxəssisləri, Geländewagen üçün karbondan hazırlanmış yeni Wide Body adlanan «kostyum» təklif edirlər. Bu, DMC mütəxəssslərinin G-Class ilə ilk təcrübəsi deyil. Hələ bir il bundan əvvəl, onlar əfsanəvi avtomobil üzərində işləyərək, «G package» adlanan yeni aerodinamik kuzov dəsti hazırlamışdırlar. «Zeus»a gəldikdə isə, alman atelyesi qarşısına ultra-yolsuzluq avtomobili yaratmaq məqsədini qoymuşdur. Avtomobilə öndən nəzər saldıqda ilk maraqlı ideyanı müşahidə edə bilərik. Bunlar avtomobilə aqressiv görkəm verən «acılqlı gözlər»dir. Dizaynerlər ön bamper və fənər ətrafındakı xəttləri dəyişərək avtomobilə Zevsə layiq olan baxışlar bəxş etmişdirlər.
Diqqət yetirsəniz avtomobilin radiator toru da daxil olan ön paneli karbondan hazırlanmış bütöv bir parça şəklindədir. Bu panel, avtomobilin karbondan hazırlanmış havalındırmalı kapotu ilə vəhdət təşkil edir.
Yeni dəst, təkər tağlarının genişləndiriciləri, yeni ön və arxa bamperlər sayəsində avtomobil daha iri göstərir. Eyni zamanda bu dəst Almaniyanın TÜV təşkilatı tərəfindən sertifikatlaşdırılmışdır.
Avtomobilin rənglənməsinə baxmayaraq DMC birlirir ki, kuzov tamamilə karbondan hazırlanmışdlr. Bundan əlavə, tünerlər Pirelli Scorpion şinləri ilə təchiz edilmiş 24 düymlük xüsusi disklər təklif edirlər. Avtomobilin damı örtüyü də alman mütəxəssislərinin çox sevdiyi karbondan hazırlanmış, LED dam içıqları və arxa spoyler ilə təchiz edilmişdir. Məlum məsələdir ki, avtomobilin yan güzgülərinin korpusu və ehtiyat təkərin qapağı da karbondan hazırlanmışdır.
Avtomobilin aqressiv görkəminə layıq gücə malik olması üçün, atelye mütəxəssisləri avtomobili mühərriki üzərində ciddi şəkildə çalişmişdırlar. Nəticədə Mercedes-AMG G65 modelinin mühərikkinin gücü 880 at qüvvəsi təşkil edir.
Əlbəttə ki, belə möhtəşəm görünüşlü avtomobil həm də möhtəşəm səsə malik olmalıdır. DMC avtomobili xüsusi hazırlanmış buraxılış sistemi ilə təchiz edərək, onun «baritonunu» nəzərə çarpacaq dərəcədə yüksəltmişdir.
Alman şirkəti bu avtomobilidən məhdud sayda - 10 ədəd hazırlamaq niyyətindədir.
DMC G65 Zeus Wide Body avtomobilinin nadir rastlanan bir avtomobil olduğunu nəzərə alsaq, on avtomobilin tez zamanda sahiblərini tapacağına şübhə belə edilə bilməz.