Amerikanın hərəkətin təhlükəsizliyinin sığorta institutu (İİHS) yerli markaların ən populyar idman avtomobilləri olan üç modelin krəş-testlərinin keçirmişdir. Bu testlərdə Ford Mustang, Chevrolet Camaro və Dodge Challenger əzələ avtomobilləri iştirak etmişdirlər. Bu kupelərdən heç biri institutun təsis etdiyi Top Safety Pick (ən yüksək qiymət Top Safety Pick+ sayılır) yüksək reytinqinə layiq görülməmişdir. Ən pis nəticəni isə Dodge Challenger modeli göstərmişdir.

İİHS hər bir modeli beş maddə üzrə qiymətləndirmişdir. Bunlar - yandan zərbə, tavanın möhkəmliyi, oturacaq başlıqları və oturacaqlar, 40 faizlik vurub keçmə ilə öndən toqquşma və 25 faizlik vurub keçmə ilə öndən toqquşma olmuşdur.  Sonuncu və ən mürəkkəb sınaq zamanı Dodge Challenger «marginal» (bundan sonra gələn qiymət isə «pis» qiymətidir) qiymətini almışdır.

1,5 metrlik hündürlüyü olan mane ilə 65 km/saat sürətlə toqquşma zamanı Challenger modelinin sol təkəri salona daxil olaraq sürücünün ayaqlarına ciddi zədələr yetirmişdir. Manikenin pəncəsi salonda tam şəkildə sıxışdığına görə, onun ayağını «açmaq» gərək olmuşdur. Qalan testlərdə isə Dodge Challenger modeli «qənaətbəxş» və «yaxşı» qiymətini almışdır.

Dodge Challenger modelinə nisbətən Ford Mustang modeli 25 faizlik vurub keçmə ilə toqqişma zamanı «qənaətbəxş» qiymətini almışdır. Chevrolet Camaro isə bu sınaqdan «yaxşı» qiymətini almışdır. «Qənaətbəxş» qiymətini Challenger və Camaro modellərinin dam örtüyü, həmçinin Challenger modelinin oturacaqları və oturacaq başlıqları almışdır.

Ümumilikdə, ən yaxşı nəticəni Ford Mustang avtomobili göstərmişdir. Buna baxmayaraq öndən toqquşmaların qarşısını alan sistemin olmaması səbəbindən avtomobil ən yüksək qiyməti ala bilməmişdir.

Bu sistemi əlavə ödənişlə Ford Mustang və Dodge Challenger avtomobillərində quraşdırmaq mümkündür. Chevrolet Camaro modeli üçün isə bu sistem ümumiyyətlə nəzərdə tutulmamışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt