Dreq üçün hazırlanmış Dodge Challenger SRT Demon kupesinin rəsmi xarakteristikalarında göstərilmiş zamandan daha yeyin sürətləndiyi bildirilmişdir. Bunun FCA konserninin yüksək vəzifəli əməkdaşı Tom Kuniskis bəyan etmişdir.
Kuniskisin sözlərinə görə, masl-kar yerindən 96 km/saat sürətinə 2,3 saniyəyə deyil, 2,1 saniyəyə sürətlənə bilər. Bunun üçün avtomobilə 17 santimetrlik gillətmə məsafəsi lazımdır. Söhbət dreq yürüşü zamanı avtomobilə irəli hərəkət etmək üçün gərək olan məsafədən gedir. Bu yarış işıqlarının yanması zamanı baş verir ki, bu zaman da yarışçılar avtomobili «döyüş» rejiminə keçirirlər. Beləliklə, transbreyk və xüsusi sliklərlər təchiz edilmiş «Şeytan» yerindən 60 mil/saat həddinə rəsmi sürətlənmə zamanını üstələyə bilər. Kuniskis avtomobilin yerindən və gillənmə ilə sürətlənmə zamanının şirkət tərəfindən ölçüldüyünü bildirmişdir.
Ekstremal kupe 6,2-litrlik V8 HEMI mühərriki ilə təchiz edilmişdir. “Şeytanın” mühərriki yeni ötürməli kompressoru, yenidən işlənmiş yanacağın çilənməsi sistemini və yeni buraxılış sistemi ilə təchiz edilmişdir. Mühərrik səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.