Dodge şirkəti Challenger SRT Demon «bərkgedən» kupesini seriya avtomobilləri arasında olan ən iri hava girişi ilə təchiz edəcəkdir. Hava girişinin ümumi sahəsi 290 kvadrat santimetr təşkil edəcəkdir.

«Şeytanın» hava girişləri həmçinin ön fənərlərdə də olacaqdır.

Bütün bu elementlər Challenger SRT Hellcat modeli ilə müqayisədə daxil olan havanın 30 dərəcə daha az olacağını təmin edəcəkdirlər. Bu məlumatla yanaşı Dodge şirkəti Demon’un ötürməli üfürməsi olan HEMI mühərriki ilə təchiz ediləcəyini bildirmiş və növbəti tizeri dərc etmişdir.  Məlumdur ki, Dodge Challenger SRT Demon modelinin alıcısı avtomobillə birlikdə alətlər olan qutunu və ehtiyat təkərləri də daxil olmaqla xüsusi komponentlər dəstini əldə edəcəkdir. Dəstin dəqiq tərkibi açıqlanmasa da onun 18 elementdən ibarət olduğu bildirilmişdir. Bu elementlərin köməyi ilə sahibi avtomobili dreq və yaxud adi yollarda istifadə üçün hazırlaya bilər.

Alətlər olan qutunun üzərində avtomobilin VİN-nömrəsi və sahibinin adı olan lövhəcik bərkidiləcəkdir. 

Bir müddət bundan öncə Demon masl-karının yalnız sürücü otucağı ilə təchiz ediləcəyi haqqında məlumat vermişdik. Sərnişin oturacağı, baqajın üzlüyü, səs izolyasiyasının bir hissəsi və səs sisteminin müəyyən elementləri çəkiyə qənaət etmək üçün sökülmüşdürlər. Bu məqsədlə Hellcat variantının 20-düymlük təkər disklərindən 18-düymlük disklərin xeyrinə imtina edilmişdir. Challenger Hellcat modelinə nisbətən Demon modifikasiyası 105 kiloqram yüngül olacaqdır. Bununla bərabər, Challenger Demon standart olaraq dreq üçün nəzərdə tutulmuş 315/40R18 ölçülü Nitto NT05R şinləri ilə təchiz edilən ilk seriya avtomobili olacaqdır.  

Image alt Image alt Image alt Image alt