Dodge 717 at qüvvəli Challenger SRT Hellcat modelini yenidən mexaniki transmissiy ilə təklif edir. “Car & Driver” nəşrinin müxbirləri kompressorlu V8 mühərriki ilə təchiz edilmiş idman avtomobilinin yenidən 6-pilləli Tremec mexaniki ötürmələr qutusu ilə sifariş etməyin mümkün olduğunu öyrəniblər və Dodge bu faktı təsdiqləyib. Mexaniki transmissiya Challenger SRT Hellcat modelinin konfiquratorunda təxminən bir ildir ki, yox idi: rəsmi məlumatlara görə, çeşiddəki müvəqqəti ixtisar tənzimləmə ehtiyacı ilə bağlı olub.

2023-cü ilin Challenger modeli üçün son istehsal ilinin olduğu çoxdan məlumdur. Hellcat mühərriki ilə birlikdə çalışan mexaniki qutunun geri qaytarılması satışlara təkan verə bilər. Dodge bu modelin ən güclü xüsusi versiyasını hazırlayıb, lakin mühərrikin partlaması səbəbindən bu versiyanın nümayişi təxirə salınıb.

Əvvəllər 6,2-litrlik V8 mühərrikli (717 at qüvvəsi, 881 Nm) ilə hərəkətə gələn üçpedallı Challenger SRT Hellcat modeli 8-pilləli “avtomat” ilə təklif edilən analoqundan təqribən 3000 dollar ucuz başa gəlirdi. Odur ki, Tremec qutusu ilə təchiz edilən kupenin alıcılarının bu il də qənaət edə bilər.

2018-ci ilin nəticələrinə görə, müştərilərin üçdə birindən çoxunun “mexanikalı” Challenger Hellcat kupesini seçməyə üstünlük verdikləri məlum olmuşdu, baxmayaraq ki, avtomatik transmissiyalı versiya daha dinamikdir. Yəqin ki, maslkarın həyat dövrü bitməzdən əvvəl mexaniki qutuya üstünlük verənlərinin sayının ən azından azalmayacağını gözləmək olar.

Dodge konfiquratorundakı başqa bir dəyişiklik Challenger üçün tarixi çalarların təklif edilməsidir. Kupe firma boz (Destroyer Grey), mavi (B5 Blue) və bənövşəyi (Plum Crazy) rənglərinə boyana bilər. 2023-cü model ilinin maslkarlarının qiymətləri daha sonra açıqlanacaqdır, hələlik isə, 2022-ci model ilinin Challenger SRT Hellcat modelinin qiyməti 71.000 dollardan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.