Stellantis konserninin tərkibinə daxil olan Dodge brendi, gələcəkdə “bərkgedən” Charger və Challenger modellərinin fanatlarını elektromobillərə oturtmaq niyyətindədir. Amerikan markası hələlik gələcəkdə seriyaya gedəcək “bərkgedən” Charger Daytona SRT elektromobilinin konseptini təqdim edib və onun xarakteristika baxımından səkkizsilindrli benzin mühərriki ilə hərəkətə gələn əzələ avtomobillərdən heç də geri qalmayacağını bildirib.

Bununla belə, Dodge təfərrüatları açıqlamayıb: yalnız Charger Daytona SRT konseptinin kapotunun altında Banshee adlanan ikimühərrikli elektrik güc qurğusunun yerləşdiyi bildirilib.

Yenilik üçün, sürücüdə güclü benzin maslkarını idarə etdiyi hissini yaratmağa yönəldilmiş bir neçə yeni sistem bəyan edilib. Məsələn, elektromexaniki  eRupt transmissiyası təkanlarla sürətlənməni təmin edir, Fratzonic akustik buraxılış sistemi isə, 126 desibel yüksəkliyində V8 mühərrikinin gurultusu yaradır.

Konseptin dizaynı 60-cı illərin sonlarına aid olan klassik Charger kupelərinin dizaynına bənəzyir. Kupenin ön tərəfinəki parlaq üçbucaqlı Fratzog emblemi 1962-1976-cı illərdəki Dodge avtomobillərindən götürülmüşdür.

Konseptin maraqlı elementlərindən biri, onun ön hissədə quraşdırılmış və altından havanın axını keçən aerodinamik R-Wing elementidir. O, kuzovun eni boyunca uzanan bütöv diod xətt ilə effektiv şəkildə işıqlandırılır. Konsept panoram dama sahibdir, salonda isə, dörd fərdi oturacaq quraşdırılıb. Özü də, iki arxa oturacağı qatlayaraq düz döşəmə yaratmaq olar.

Sürücünün qarşısında, multimedia sisteminin mərkəzi 12,3-düymlük ekranından daha böyük olan 16-düymlük əyri virtual cihazlar paneli var. Əlavə səkkiz düymlük proyeksiya displeyi də nəzərdə tutulub. Transmissiyanın selektorunun forması da keçən əsrin klassik Dodge modellərinə istinaddır.

Təsdiqlənməmiş məlumatlara görə, Charger Daytona SRT konsepti STLA Large modul arxitekturasına əsaslanır: bu platformada inşa edilmiş elektromobillər enerji doldurmadan 800 kilometr məsafə qət edə bilərlər.

Ehtimal olunur ki, elektrik əzələ avtomobili güc baxımından mövcud benzin mühərrikli avtomobilləri üstələyəcəkdir - iki elektrik mühərrikinin gücü 700 at qüvvəsinin üzərində olmalıdır. Çox güman ki, SRT prefiksi olmayan bir qədər zəif versiyalar da olacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dodge Charger Daytona SRT konseptinin versiyası 2024-cü ildə bazara çıxacaq və çox güman ki, kupe, liftbek və ya sedan kimi təqdim olunacaqdır. Şirkətdən modelin minimal dəyişikliklərlə konveyerə göndərəcəyini vəd ediblər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.