Stellantis şirkəti Dodge brendinin əsaslı transformasiyasına hazırlaşır və ilk elektrikləşdirilmiş modelin debütü 17 avqust tarixində, yəni bu gün baş tutmalıdır. Hələlik isə, ABŞ-da üç yaşlı avtomobildən ibarət olan mövcud model çeşidi ilə vidalaşma planı ictimaiyyətə açıqlanıb.

Dodge Charger sedanı indiki formada 2010-cu ildən, Dodge Challenger kupesi isə, 2008-ci ildən istehsal olunur. Qarşıdan gələn 2023-cü model ili bu cütlük üçün sonuncu olacaqdır. Bu səbəblə, final ilinin bütün avtomobilləri kapotun altına bərkidilmiş “Last Call” (“Son Zəng”) yazısı həkk edilmiş alüminiumdan xatirə lövhəsi ilə bəzədiləcəklər. Kuzovun rəng palitrasına isə, köhnə Dodge modellərində istifadə edilən üç çalar əlavə olunacaqdır: mavi, bənövşəyi və yaşıl.

Charger və Challenger modellərinin yeddi xüsusi versiyasının buraxılacağı elan edilib. Bu versiyalarda ötən illərin ən məşhur Dodge modellərinin motivlərindən istifadə olunacaqdır. Onlardan altısı yaxın gələcəkdə işıq üzü görəcək, yeddincisi isə, yalnız noyabrda keçiriləcək SEMA sərgisində nümayiş etdiriləcəkdir.

Nəhayət, Dodge brendinin Amerikadakı rəsmi dilerləri vasitəsilə kabriolet kuzovlu Challenger modelini almaq təklif olunur!

Təəssüf ki, söhbət zavod versiyasından getmir. Dodge Challenger kabrioletləri firma model çeşidində yalnız 1970 və 1971-ci illərdə mövcud olublar, indiki idman avtomobili isə, yalnız kupe kuzovu ilə təklif olunur.

Bir çox tüninq atelyeləri artıq Challenger modelinin kabrioletə çevrilməsi işini mənimsəyiblər və Dodge indi onlardan biri - 1976-cı ildən belə transformasiya ilə məşğul olan Drop Top Customs firması ilə əməkdaşlıq etməyə başlayıb.

Dodge Challenger kabrioletini almaq istəyənlər artıq birbaşa səlahiyyətli dilerə sifariş verə bilərlər. Donor Challenger zavoddan birbaşa Drop Top Customs şirkətinə göndərilir, sonra isə, bütün aralıq anbarları keçərək, dərhal alıcıya göndərilir.

Belə bir dəyişiklik orijinal kupenin qiymətindən əlavə ən azı 26.000 dollara başa gələcəkdir. Kabriolet gücləndirilmiş kuzov döşəməsi və elektriklə açılıb-bağlanılan yumşaq damı var, onun baqajın həcmi isə, kupe ilə müqayisədə təxminən 20% azalıb.

Image alt Image alt Image alt Image alt

2023-cu model ilinin Charger və Challenger modelləri payızda satışa çıxarılacaqlar. 2010-cu ildən istehsal edilən Dodge Durango krossoveri də yeni model ilinə keçəcəkdir. Hələlik isə, Dodge şirkəti ekstremal Durango SRT Hellcat krossoverini qısa müddətə model cərgəsinə qaytarıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.